AY yerə ən yaxın məsafədə…

Dekabrın 4-də səhər saatlarənda Ay Yer kürəsinə ən yaxın məsafədə olub.

Müstəqil.Az Trend-ə istinadən bildirir ki, “superay” adı verilən bu hadisə zamanı ay ən uzaq nöqtədə olduğu vaxt göründüyündən 14 faiz daha böyük və 30 faiz daha parlaq görünüb.

 

Astronomlar yaxın zamanlarda daha iki superay hadisəsinin baş verəcəyini bildiriblər.

 

 

Mütəxəssislərin proqnozlarına görə, növbəti superay 2018-ci il yanvarın 2-də müşahidə olunacaq. Məlumata görə, yanvarın 31-də isə superay tam ay tutulması ilə müşayiət olunacaq.

Müstəqil.Az

Share: