Avropa parlamentinin belçikalı üzvü tamamilə erməniləşdi – FOTO

Azərbaycan XİN-in “qara siyahısı”nın məşhur üzvlərindən olan Avropa parlamentinin deputatı Frank Engel soyadının sonuna erməni “yan” şəkilçisini əlavə edərək tam erməniləşib.
Müstəqil.Az xəbər verir ki, bu haqda “Sputnik Armeniya” məlumat yayıb.  Bir müddət öncə  erməni qızı Tatev Manukyanla evlənmiş belçikalı deputat soyadını arvadınınkı ilə uyğunlaşdırmaq qərarına gəlib. Artıq cütlüyün Brüseeldəki qərargahının qapısına ermənicə “engelyanlar” (“Էնգելյաններ”), yazılıb. Bu barədə Ermənistan XİN-in mətbutat katibi Tiqran Balayan özünün “Tviitter” səhifəsində yazıb.
Xatırladaq ki, toyunu İrəvanda keçirən qatı ermənipərəst deputat Frank Engel “bal ayı”nı düz bir ay müddətində Azərbaycanın işğal altındakı torpaqlarında qeyd edib.

Share: