Avropa Liqasında 1/4 final həyəcanı başlayır

Bu gün Avropa Liqasında 1/4 final mərhələsinin ilk oyunları keçiriləcək.

Müstəqil.az xəbər verir ki, turnirin favoritlərindən olan “Arsenal” Moskva MOİK-ini qəbul edəcək. Avropa Liqasını qazanmağa əsas namizədlərdən biri kimi göstərilən “Atletiko” da ilk matçını evdə keçirəcək. İspaniya nəhəngi doğma azarkeşləri önündə “Sportinq”i sınağa çəkəcək.

“Zalsburq” möcüzəni davam etdirməyə çalışacaq. Ancaq Avstriya təmsilçisini çətin “Latsio” sınağı gözləyir.

“Leyptsiq” tarixi uğura çatmaq üçün bu dəfə “Marsel” səddini keçməlidir.

Avropa Liqası. 1/4 final, ilk oyunlar

5 aprel

23:05. “Arsenal” (İngiltərə) – MOİK (Rusiya)

23:05. “Atletiko” (İspaniya) – “Sportinq” (Portuqaliya)

23:05. “Latsio” (İtaliya) – “Zalsburq” (Avstriya)

23:05. “Leyptsiq” (Almaniya) – “Marsel” (Fransa)

Share: