ATƏT müşavirəsində əlbəyaxa dava -VİDEO

Varşavada ATƏT-in insan haqları üzrə müşavirəsində Tacikistan hökumətinin nümayəndələri ilə müxalifət təmsilçiləri arasında dava olub.

Müşavirənin keçirildiyi hotelin çıxışında Tacikistan müxalifətinin nümayəndəsi Sulaymoni Orzu bu ölkənin rəsmi nümayəndə heyətinin üzvləri ilə fikir mübadiləsi aparmaq istəyib.

O deyib ki, Tacikistanın İslami İntibah partiyasının keçmiş üzvü Aemiddin Sattorovla şəkil çəkdirmək istəyib. Lakin Düşənbənin rəsmi nümayəndə heyətinin üzvü onun əvvəlcə sifətindən yumruqla, sonra isə ayaqla vurub.

Hotel əməkdaşlarının müdaxiləsi nəticəsində davanın qarşısı alınıb.

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosundan (ATƏT/DTİHB) bildirilib ki, hazırda hadisənin baş vermə səbəbləri araşdırılır.(Qafqazinfo)

Share: