AŞPA məruzəçisi Laçın yoluna səfər etmək istəyir

AŞPA-nın Laçın yolundakı vəziyyətə dair məruzəçisi, irlandiyalı deputat Pol Qavan bu gün bəyanat yayaraq əraziyə səfər etmək istədiyini açıqlayıb.

O bildirib ki, hər iki tərəf regionda artan gərginliyin qarşısının alınmasına töhfə verməlidir.

“Vəziyyətlə bağlı hesabatım gecikmədən hazırlanmalıdır. Mayın son həftəsində Ermənistan və Azərbaycana, o cümlədən sözügedən regiona səfər etmək niyyətindəyəm”, – deyə Qavan vurğulayıb.

AŞPA məruzəçisi məqsədinin ədalətli, dəqiq və dürüst hesabat hazırlamaq olduğunu qeyd edib.

Mənbə: pace.coe.int

Share: