Ankara Vaşinqtona müqavimət göstərdi – Vavilov

Ankara Vaşinqtonun tətbiq etdiyi sanksiyalara qarşı müqavimətini ortaya qoydu və heç bir hücumun altında qalmayacağını göstərdi.

Müstəqil.Az  xəbər verir ki, bu açıqlama ilə Rusiyanın Yaxın Şərq üzrə eksperti Aleksandr Vavilov çıxış edib.

Ankara və Vaşinqtonun NATO müttəfiqi olduğunu deyən Vavilov Türkiyənin əsgər sayı baxımından təşkilatda ABŞ-dan sonra ikinci mövqedə qərarlaşdığını söyləyib:

“Bu səbəbdən Türkiyəni müttəfiq və tərəfdaş kimi itirmək ABŞ üçün uyğun bir addım olmaz. Bəli, söz atışmalarına, yeni sanksiyalara və fərqli nələrəsə şahid olacağıq, ancaq onlar müəyyən bir sərhədi və ya “qırmızı xətti” keçməyə cəhd etməyəcəklər”.

Qeyd edək ki, Ankara Vaşinqtonun sanksiyalarına cavab verəcəyini bəyan edib.

Pərviz H.

Share: