Almaniya, Türkiyə, Rusiya və Fransa liderləri İstanbulda görüşəcək

Almaniya, Türkiyə, Rusiya və Fransa liderləri 7 sentyabr tarixində İstanbulda zirvə keçirəcək.

Müstəqil.az xəbər verir ki, bu barədə Almaniya kansleri Angela Merkel məlumat verib.

Merkel bildirib ki, sabah Almaniyada Vladimir Putinlə keçirəcəyi görüşdə bu zirvəni gündəmə gətirəcək.

“Rusyia-Türkiyə-Almaniya-Fransa formatında bir görüş üçün yaxşı hazırlıq aparılmalıdır. Ancaq bundan dolayı konkret bir vaxt yoxdur. Məsləhətçilərin ön görüşmə keçirib zirvənin anlamı olub-olmayacağına dair qərara gəlməsi də lazımdır” -, Merkel bildirib.

Share: