Almaniya Aİ-ni İsraili dəstəkləməyə çağırdı

Almaniya kansleri Olaf Şolts Avropa İttifaqı ölkələrini İsraili dəstəkləməyə dəvət edib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Şolts Belçikanın paytaxtı Brüsseldə Avropa İttifaqının (AB) Liderlər Zirvəsində jurnalistlərə bildirib.

“Biz İsraili HƏMAS-ın dəhşətli hücumuna qarşı müdafiə etməkdə dəstəkləyirik”.

Solts bütün əsirlərin azad edilməsi üçün səy göstərəcəklərini və Qəzzaya humanitar yardım edəcəklərini vurğulayıb.


Share: