Bir vaxtlar Gəncə şəhərində qayğısız uşaqlıq illərini keçirən balaca Hikmətin, nə vaxtsa böyüyüb, xarici səfərlərdə ölkə rəhbərinin yanında əyləşəcəyi ağlına belə gəlməzdi. Bəlkə də sizə adi görünür.
Bu isə bəxtəvərliyin, xoşbəxtliyin, böyük uğurun əlamətidir. Bəli, bu dəfə sizə Prezidentin köməkçisi Hikmət Hacıyevdən söhbət açmaq istəyirəm. Amma əvvəlcə gəlin onun adından başlayaq. Hikmət sözü ərəb mənşəli olub, dərin düşüncə, həyat təcrübəsi və haqqı batildən ayırmaq bacarığı mənasını verir. O, 15 oktyabr 1979-cu ildə ölkənin paytaxtından xeyli uzaqda, Fərhad kişinin ailəsində dünyaya gəlib. Həmin gün həftənin bazar ertəsi gününə təsadüf edir. Bazar ertəsi günü dünyaya gələnlər güclü intuisiya, dərin emosionallıq və ailəyə bağlılıqları ilə seçilirlər. Onlar Ay enerjisinin təsirində olduqları üçün təbiətən qayğıkeş, anlayışlı və ətraflarındakılara rahatlıq verən şəxsiyyətlər kimi tanınırlar. Ənənəvi inanclara görə, bu gündə doğulanların əsas xüsusiyyətləri bunlardır: Hissiyyatları çox yüksəkdir, hadisələri əvvəlcədən təxmin etmək bacarığına, yəni altıncı hissə malikdirlər. Ailə dəyərləri onlar üçün hər şeydən üstündür. Yaxınlarının qayğısına qalmaq və onlarla güclü bağlılıq qurmaq əsas prioritetləridir. Təbii “emosional süngər” kimi ətrafdakıların enerjisini asanlıqla qəbul edə bilirlər. İnsanlara mənəvi dəstək olmaq və problemlərini həll etməyə kömək etmək onların ən güclü xüsusiyyətidir. Ayın dövrlərinə bənzər şəkildə, onların da əhval-ruhiyyəsi tez-tez dəyişə bilər. Bu səbəbdən bəzən emosional sərhədlərini qorumağa ehtiyac duyurlar. İstənilən mühitə və şəraitə asanlıqla uyğunlaşa bilirlər. Geniş təxəyyülə malikdirlər, xüsusilə yaradıcılıq və bəşəri məsələlərdə uğurlu olurlar…
Hikmət Hacıyev doğulduğu Gəncə şəhərində 24 saylı orta məktəbi bitirib. Sonra BDU-nun Beynəlxalq Münasibətlər və Beynəlxalq Hüquq fakültəsinin bakalavr və magistr pillələrində ali təhsilə yiyələnib. NATO-nun Müdafiə kolleci, Təhlükəsizlik məsələlərinin tədqiqi üzrə Corc Marşal mərkəzi və Belçikanın ULB universitetinin magistr pilləsinin məzunudur. 2000-ci ildən Xarici İşlər Nazirliyi sistemində çalışıb. Və müxtəlif illərdə Azərbaycanın NATO nümayəndəliyində, Azərbaycanın Küveytdəki səfirliyində işləyib. 2008-ci ildən Xarici İşlər Nazirliyində Təhlükəsizlik problemləri departamentinin 2-ci katibi vəzifəsində, 2011-ci ildən isə Azərbaycanın Misirdəki səfirliyində müşavir vəzifəsində çalışıb. 2013-cü ilin avqustunda Azərbaycan Respublikasının Misirdəki səfirliyinin müşaviri kimi uzunmüddətli xarici xidməti ezamiyyətini başa vuraraq Xarici İşlər Nazirliyinə qayıdıb. 2013-cü ilin sentyabrından Xarici İşlər Nazirliyində şöbə müdiri vəzifəsində işləyib. 2014-cü ildən 2018-ci ilə qədər Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edib. 2018-ci ildə ölkə rəhbərinin Xarici siyasət məsələləri şöbəsi müdirinin müavini olub, 2018-ci ildən bu şöbənin müdiri vəzifəsində çalışıb. 29 noyabr 2019-cu ildən isə Azərbaycan Respublikasının Prezidentinin köməkçisidir…
Onun haqqında sosial mediada yazılır: “Hikmət Hacıyev Azərbaycanın müasir dövrdə tanınmış diplomatlarından biridir. O, Prezident Administrasiyasında xarici siyasət məsələləri üzrə məsul vəzifələrdə çalışaraq ölkənin beynəlxalq aləmdə mövqeyinin gücləndirilməsinə töhfə verən dövlət xadimidir. Milli maraqların qorunması, regional sabitlik, beynəlxalq təşkilatlarla əlaqələrin genişləndirilməsi və beynəlxalq hüququn prinsiplərinə hörmət onun fəaliyyətində prioritet istiqamətlərdir. O, Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi mövqeyini beynəlxalq aləmdə təbliğ edib, İkinci Qarabağ müharibəsindən sonra sülh prosesinin irəliləməsinə və Ermənistanla münasibətlərin normallaşdırılmasına töhfə verib…”
…Cazibədar, ədalətli və diplomatik xarakteri ilə seçilir. Harmoniyanı sevir, münaqişələrdən qaçır və əla ünsiyyət bacarığına sahibdir. Həyatın hər sahəsində tarazlıq və estetik gözəllik axtarır. Sevdiyi insana dəyər verməyi və sürprizlər etməyi xoşlayır. Münasibətlərdə həm fiziki, həm də mənəvi tarazlığa önəm verir. Geniş sosial çevrəsi var. İnsanları dinləməyi bacarır, empatiya qabiliyyəti yüksəkdir. Gözəlliyə və incəsənətə böyük maraq göstərir. Hər şeyi ölçüb-biçdiyi üçün bəzən düzgün qərar verməkdə çətinlik çəkir. Mübahisələrə nifrət edir, gərgin mühitlərdə narahat olur. Həmişə ədaləti bərpa etməyə çalışır. Bir sözlə, o, ədalətin və harmoniyanın təcəssümüdür…
O, şəffaf diplomatiya prinsipinə sadiq qalaraq jurnalistlərlə və vətəndaş cəmiyyəti nümayəndələri ilə açıq ünsiyyət qurmağı bacarır. İctimaiyyətin məlumatlandırılması üçün sosial mediadan fəal istifadə edir. Onun peşəkar fəaliyyəti, strateji düşüncəsi, milli maraqlara sadiqliyi və diplomatik çevikliyi gənc diplomatlar üçün nümunədir. O, Azərbaycanın beynəlxalq mövqeyinin gücləndirilməsində, beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirilməsində və ölkənin diplomatik imicinin möhkəmləndirilməsində əhəmiyyətli rol oynayır. Onun fəaliyyəti Azərbaycan diplomatiya tarixində mühüm səhifələrdən birini təşkil edir….
Bəzən onun haqqında mənfi adam obrazı yaratmağa çalışanları görəndə, yazığım gəlir. Axı, Allahın ucaltdığı adamı heç kim aşağılaya bilməz…
Bəli, Hikmət Hacıyev Allahın bəxtəvər bəndələrindən biridir. Bəxtəvərdir ki, ölkənin paytaxtından xeyli uzaqda dünyaya gəlsə də, taleyinə böyük insanlarla təmasda olmaq düşüb…
Hörmətlə, Elman Eldaroğlu






















