Ali məktəblərdə bədbəxt hadisə: tələbə qızlar xəsarət aldı

Bakının iki ali təhsil müəssisəsində bədbəxt hadisə baş verib.

Hadisələrdən biri Azərbaycan Memarlıq və İnşaat Universitetində (AMİU), digəri isə Azərbaycan Dillər Universitetində (ADU) qeydə alınıb.

Universitet tələbələri – 1998-ci il təvəllüdlü Sadıqova Nabat Tahir qızı (AMİU) və 1998-ci il təvəllüdlü Bayramova Umxanım Elxan qızı (ADU) ehtiyatsızlıqdan pilləkənlərdən yerə yıxılıblar. Onlardan birincisi bədənin müxtəlif nahiyələrindən sınıq xəsarətləri, digəri isə onurğa nahiyəsindən ağır xəsarət alıb.

Yaralıların hər ikisi 1 saylı Kliniki Tibbi Mərkəzin Reanimasiya şöbəsinə yerləşdirilib. (report)

Share: