Alarda “Alar” marketinin açılışı…

Müstəqil.Az xəbər verir ki, Cəlilabad rayonun Alar kəndində bu gün yeni bir marketin açılış törəni keçirilmişdir. Xatırladaq ki, rayonun Alar kəndi Bakı-Astara yolunun üstündə yerləşir.

Burada çoxlu mağazalar olsa da, əhalinin ərzağa olan tələbatını ödəmək üçün yeni market açılmışdır. Marketin xidmətindən istifadə edənlər bildirir ki, ərzaq malları digər mağazalara nisbətən ucuzdur. Qırx manatdan çox alver edən adama ərzaq məhsulları və yuyucu məhsullar hədiyyə edilir.

Marketin sahibi Maqsud Nağdıyev bizimlə söhbətində bildirdi ki, marketdə həm yerli əhaliyə, həm də buraya yolüstü dönənlərə nümunəvi xidmət göstəriləcək.

Yeni market kəndi adı ilə – ALAR MARKET adlanır.

Müstəqil.Az

Share: