Aləm KƏNGƏRLİnin “Naməlum adam”ı

Tanınmış yazıçı-şair Aləm Kəngərlinin “Naməlum adam” adlı kitabı işıq üzü görüb.

Müstəqil.Az  xəbər verir ki, “Qanun” nəşriyyatında dərc olunan kitabda 17 hekayə, bir povest toplanıb.

Xalq şairi Sabir Rüstəmxanlı kitaba ön söz  yazıb, yazıçının əsərlərinin məziyyətlərindən bəhs edib, özünəməxsus yaradıcılığından söz açıb.

Cəmiyyətimizdə mövcud olan bir sıra sosial problemlərə işıq tutan bu kitab yazıçının nübarıdır.

Məmməd Araz mükafatı laureatı olan yazıçının bu kitabını müxtəlif kitab mağazalarından ala bilərsiniz.

Müstəqil.Az tanınmış yazarı təbrik edir, ona böyük yaradıcılıq uğurları arzulayır.

Müstəqil.Az

Share: