ABŞ təyyarəsi Krıma girdi: gərginlik PİK HƏDDƏ – FOTO

ABŞ Hava Qüvvələrinə aid “Boeing RC-135V” tipli kəşfiyyat təyyarəsi Yunanıstanın Qirit adasından hərəkət edərək Qara dənizin hava sahəsinə daxil olub və Krıma doğru hərəkət edib.

Publika.az xəbər verir ki, bu barədə “Ukrainskiy militarnıy portal” saytı informasiya yayıb.

Ukrayna ilə Rusiya arasında baş qaldıran Azov böhranı davam edərkən ABŞ-a adi kəşfiyyat təyyarəsinin bölgədə görünməsi diqqət çəkib.

Qeyd edək ki, ötən gün Ukrayna donamasına aid üç gəmi Rusiyanın su sərhədini pozub. Kerç körfəzində Ukrayna və Rusiya hərbi gəmilərinin iştirakıyla qarşıdurma baş verib. Rusiya gəmiləri Kerç körfəzindən çıxan Ukrayna Hərbi-Dəniz Qüvvələrinə aid gəmi qrupuna atəş açıb.

Share: