Azərbaycanın əlilliyi olan və olmayan aktyorlardan ibarət ilk inkluziv ƏSA Teatrı hazırda ABŞ-da ölkəmizi təmsil edir.
Müstəqil.Az Qaynarinfo-ya istinadən xəbər verir ki, ötən gün ƏSA Teatrının rəhbəri, rejissor Nihad Qulamzadə Amerika Konqresinin üzvü Mark Amodei tərəfindən “Konqres Mükafatı”na layiq görülüb.
Teatrın baş meneceri Nicat Qulamın verdiyi məlumata görə, böyük nüfuza malik olan mükafat ƏSA Teatrına “Open World” proqramında iştirak etdiyinə görə verilib.
Xatırladaq ki, teatrın təsisçisi və rəhbəri Nihad Qulamzadə ABŞ-ın təşkil etdiyi Açıq Dünya Proqramı çərçivəsində mayın 2-dən 12-dək “Əlilliyin müdafiəsi, islahatlar və mədəniyyət” mövzusunda təşkil olunacaq beynəlxalq layihədə iştirak edir. Sabah ƏSA Teatrının həyata keçirəcəyi irimiqyaslı layihə amerikalı investorlara təqdim olunacaq.