ABŞ-ın müstəmləkəsi deyilik, xidmət etməyəcəyik – İraq

İraq ABŞ-ın maraqlarına xidmət etməyəcək.

Müstəqil.Az xəbər verir ki, bu açıqlama ilə iraqlı siyasətçi İbrahim Rukabi çıxış edib.

“ABŞ İranla münasibətlərdə problem yaşayır. Hazırda nüvə müqaviləsi ilə bağlı bir gərginlik var, ancaq bu, İraqın İranla münasibətlərini dayandırması demək deyil. İran bizim qonşumuzdur və münasibətlərimizə son qoysaq, böyük bir böhran yaşanar. ABŞ açıq şəkildə şantaj edir. İraq ABŞ-ın istədiyi şəkildə hərəkət edərsə, son dərəcə zərərli və yanlış olar. Tehranın İraqa verdiyi dəstəyi də unutmaq olmaz”, – Rukabi söyləyib.

Rukabi ABŞ-ın maraqlarına xidmət etməyəcəklərini, müstəmləkə ölkə olmadıqlarını vurğulayıb.

Pərviz H.

 

Share: