ABŞ dünya ilə ÜZ-ÜZƏ: Tramp təhdid edir

ABŞ-ın genişmiqyaslı ticarət müharibəsi dünya ticarətinə mənfi təsir edəcək.

Müstəqil.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ lideri Donald Tramp genişmiqyaslı ticarət müharibəsini başladacağına dair təhdidlər irəli sürürdü. Bu isə dünya iqtisadiyyatında mənfi nəticələr verib.

Xarici mediada nəşr edilən məqaləyə əsasən, Trampın bu addımı gələcəkdə dünya ticarətində kapitalların yarıya enməsinə səbəb olacaq: “ABŞ öz müttəfiqlərinə və rəqiblərinə qarşı yeni rüsumlar tətbiq edir. Bu isə dünya ticarətinə ciddi maneələr yaradır. Ümumilikdə, qərəzli təhdidlər iqtisadi inkişafa mənfi təsir edir. Konfliktin genişlənməsi nəticəsində bütün dünyadakı limanlar və hava limanlarının yük terminallarında tədarük azalacaq, kapital yatırımları yarıya enəcək”.

Share: