COVID-ə qarşı peyvəndlərdən 11 dəfə daha effektli plastr

Avstraliyanın Kvinslend Universitetinin alimləri COVID-19 peyvəndindən daha təsirli olan plastr hazırlayıblar. Onun siçanlar üzərində aparılan sınaqları “Vaccine” jurnalında dərc olunub.

“Vaxxas” biotexnoloji şirkəti tərəfindən maliyyələşdirilən araşdırmada mütəxəssislər “Hexapro” peyvəndi və “Vaxxas” plastrının SARS-CoV-2 virusuna qarşı effektivliyini təhlil ediblər. Hər iki vasitənin təsirini “Omicron” və “Delta” ştammları üzərində yoxlamaq qərara alınıb. Təcrübələrin nəticələri göstərib ki, plastr virusun yeni variantları ilə mübarizədə peyvənddən 11 dəfə daha effektivdir.

Qeyd edək ki, plastr mikroçiplər vasitəsilə dərmanı immun hüceyrələrlə zəngin olan dermisin təbəqələrinə çatdıran bir vasitədir. Hazırda şirkət məhsulun hazırlanmasını sürətləndirir və sonradan kütləvi istehsala başlamaq üçün klinik sınaqlara hazırlaşır.

Müstəqil.Az

 

Share: