“Bakıda buraxdığımız səhvlər həlledici oldu” — Rəşad Sadıqov

“Maraqlı oyunun şahidi olduq. Futbolçularıma təşəkkür etmək istəyirəm. Hər iki oyunda güclü rəqibdən çəkinmədilər, inamlı mübarizə apardılar. Hər iki komandanın qol imkanları olsa da, hesab açılmadı”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Konfrans Liqasının ikinci təsnifat mərhələsinin cavab matçı çərçivəsində səfərdə Təl-Əviv “Makkabi”si ilə keçirilən görüşdən (0:0) sonra deyib.

Gənc mütəxəssisin sözlərinə görə, cütün taleyini Bakıda keçirilən oyunda buraxılan səhvlər həll edib:

“İlk oyunda buraxdığımız bəzi səhvlər həlledici oldu. Amma “Makkabi”nin də haqqını vermək lazımdır, çox yaxşı komandadır, yaxşı baş məşqçiləri var. Əlimdə olan futbolçulara sonuna qədər güvənirəm. Ancaq heyəti genişləndirmək lazımdır. Mütləq bu yöndə işlər görməliyik, amma hər hansı bir irəliləyiş yoxdur”.


Share: