Vəsilə Möhsümovanın Bərdə rayon Gənclər və İdman İdarəsinin rəisi Hikmət Ələkbərli ilə işgüzar görüşü olub.

Regional idarənin rəisi işgüzar görüş keçirib
Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi Vəsilə Möhsümovanın Bərdə rayon Gənclər və İdman İdarəsinin rəisi Hikmət Ələkbərli ilə işgüzar görüşü olub.

Görüş çərçivəsində qarşılıqlı əməkdaşlıq, gənclərin mədəniyyət müəssisələrinə cəlb edilməsi və onların mədəniyyət sahəsində həyata keçirilən müxtəlif layihələrdə iştirakının təmin edilməsi, gənclərin asudə vaxtlarının səmərəli təşkili ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb .
Regional idarənin rəisi Vəsilə Möhsümova qeyd edib ki, regionda əhaliyə göstərilən mədəni xidmət səviyyəsinin yüksəldilməsi, gənclərlə iş sahəsində fəallığın artırılması, mədəniyyət saahəsinə könüllülərin cəlb edilməsi, gənclər arasında milli-mənəvi dəyərələrimizin, adət-ənənələrimizin və vətənpərvərlik hissinin təbliğ edilməsi regional idarənin qarşısında duran əsas prioritet istiqamətlərdəndir.
Sonda xatirə şəkili çəkdirilib.

Share: