Rusiya qazı Avropaya rublla satacaq

Rusiya dost olmayan ölkələrə qaz tədarükü üçün ödənişləri rubla çevirəcək.

Müstəqil.Az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin bildirib.

“Mallarımızı Aİ və ABŞ-a göndərib ödənişi dollar və avro ilə almağın mənası yoxdur”, deyə Rusiya prezidenti vurğulayıb.

Putinin bu bəyanatından sonra Rusiya valyutası bahalaşmağa başlayıb, dolların məzənnəsi 3 mart tarixindən ilk dəfə olaraq 100 rubldan aşağı enib.

Müstəqil.Az

Share: