Sabahın hava proqnozu açıqlandı

Martın 22-ə gözlənilən hava şəraiti açıqlanıb.

Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin gecə və axşam yarımadanın bəzi yerlərində yağıntılı olacağı ehtimalı var. Cənub-şərq küləyi gündüz arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 1-3° isti, gündüz 5-7° isti olacaq. Bakıda gecə 1-3° isti, gündüz 5-7° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunundan 775 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir. Arabir duman. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 7-10° isti, dağlarda gecə 7-12° şaxta, yüksək dağlıq ərazilərdə 17° şaxta, gündüz 3-7° şaxta olacaq.

Müstəqil.Az

 

Share: