Cəlilabadda əkin sahələrini su basıb, kəndlər təhlükə ilə üzləşib

Cəlilabaddda əkin sahələrini su basıb.

KİV-lər xəbər verir ki, rayon ərazisindən keçən Mişarçay məcrasından çıxıb.

Yerli sakinlərin sözlərinə görə, çayın daşması nəticəsində Muğan, Maşlıq kəndlərinin, eləcə də köhnə Ələt-Astara magistralında, Göytəpə şəhərinə gedən istiqamətdə yolun sağ və sol istiqamətlərində onlarla hektar kartof, çiyələk sahələri, istixanalar su altında qalıb.

Məlumata görə, yaşayış məntəqələrinin müəyyən hissəsinin də su altında qalmaq təhlükəsi yaranıb.

Təhlükəni sovuşdurmaq üçün bu istiqamətdə tədbirlər həyata keçirilir.

Müstəqil.Az

Share: