Bir bölük rus əsgəri əsir alındı

Ukraynanın Sumı vilayətinin Romenşina qəsəbəsi yaxınlığında bu gün martın 11-də Rusiya ordusunun bir bölük əsgəri yerli özünümüdafiə dəstələrinin və polisin qüvvələri tərəfindən əsir alınıb.

Müstəqil.Az Ukrayna mənbələrinə istinadən xəbər verir ki, həmin bölük Rusiya sərhədinə tərəf geri qayıdarkən yerli sakinlər tərəfindən aşkar edilib.

Ukrayna Milli Polisi əsir alınanların fotosunu da dərc edib. Bildirilir ki, rusiyalı hərbçiləri çöllük ərazidə görüblər. 29 nəfərdən ibarət qrup çöllük ərazilərdən keçərək  əllərindəki xəritənin köməyi ilə Rusiya sərhədinə tərəf getməyə çalışırdılar. Lakin bu “yürüş-həmləni” həyata keçirmək onlara nəsib olmayıb. Üst-başları palçıq içində olan, günlərdir ac olduqları bildirilən rus əsgərləri tam tərkibdə əsir alınıb.

Digər məlumata görə, Kiyev ətrafına cəmləşdirilmiş Rusiya qoşunlarının ən azından bir qismini tezliklə Belarusa geri qaytarmağa hazırlaşırlar. Bu haqda rusiyalı hərbçilərdən birinin Rusiyadakı yaxını ilə telefon danışığından məlum olub.

“Yaxşı xəbərlər dolaşır ki, tezliklə bizi Belarusa qaytaracaqlar. Orada texnika ilə, adamlarla yenidən komplektləşdirməni gözləyəcəyik…Ümid edirəm ki, bizi artıq evə göndərəcəklər. Bizdə adam sadəcə olaraq az qalıb. Çox adam həlak olub, yaralıların sayı da çoxdur”, – həmin rusiyalı hərbçi bildirir. O əlavə edir ki, heç texnikaları da qalmayıb, sıradan çıxarılıb. Üstəlik ərzaqları da tükənib.

Müstəqil.Az

Share: