Şeir oğrularını, ədəbiyyat oğrularını hamı tanımalıdır… – Elnur Baxış

Müstəqil.az redaksiyaya gələn məktubu  təqdim edir:

 

Bu yaxınlarda sosial şəbəkələrdə , aparıcı ,təzəlikcə oxumağa başlayan Xanım Sevər adlı bir xanım Boluslu Şair Səfərin “,Səndən “,Nə deyəsən ,adlı şeirlərini öz adına paylaşıb. Dediyinə görə guya bu şeirləri Xanım Sevərin özü yazıbdır .Şair Səfərin oğlu Nəsir ,Xanım Sevərin”Mən sevgidən yoğrulmuşam” adlı şeirlər kitabını Bakıdan gətizdirdi ,həmin kitabda Xanım Sevər şair Səfərin 3-şeirini öz adına olduğu kimi öz kitabında çap elətdiribdir.Xanım Sevər “Mən sevgidən yoğrulmuşam” kitabında Şair Səfərin “Səndən”şeiri səhifə 28-də,” Deyərsən” şeiri səhifə 27-də,” Üz sərin-sərin “şeirini səhifə 11, bir də kitabın arxasında üz qabığında olduğu kimi öz adına çap elətdiribdir. Şair Səfər bu şeirləri 1971-ci ildə yazmışdır.Bu şeirlərin çoxunu köhnə xanəndələrin aşıqların çoxu bilir. Gəncəbasarda ,Goranboyda yaşlı adamların hamısı şair Səfərin bütöv yaradıcılığını bilir.

Sizcə şeir oğrusuna nə ad vermək olar? Şeir oğrularını, ədəbiyyat oğrularını hamı tanımalıdır.

 

Elnur Baxış

 

Qeyd: Qarşı tərəfin mövqeyini də işıqlandırmağa hazırıq.

Müstəqil.az

 

 

 

 

Share: