Banan yüklü “Lady Rosemary” gəmisi dalğaqırana çırpılıb

“Seanews.az” seafarersjournal.com-a istinadan xəbər verir ki, qəza Fukuoka limanının çıxışında baş verib.

İlkin məlumata görə, kapitan idarəetməni itirərək gəmisinin dalğaqıranla toqquşmasına şərait yaradıb.

Gəmidə 9 min 576 ton yük olub.

Ümumilikdə  44 heyət üzvünün 20-si yapon və 22-si filippinlidir.

Hadisə zamanı gəminin heyətindən heç kim xəsarət almayıb.

Toqquşma nəticəsində gəmidən yanacağın bir hissəsi suya dağılıb və bu, xilasetmə işini çətinləşdirir.

Müstəqil.Az

Share: