Şəhid əsgərimizlə vida mərasimi – FOTO

Ermənistanın dövlət sərhədində törətdiyi təxribatla bağlı gedən döyüşlərdə şəhid olan hərbçi Elmin Əlizadə ilə Mingəçevirdə vida mərasimi keçirilir.

 

Müstəqil.Az Modern.az-a istinadla  xəbər verir ki, şəhid əsgər Əlizadə Elmin Samir oğlunun cənazəsi Mingəçevir şəhərinə, yaşadığı evə gətirilib. Vida mərasimində şəhidin yaxınları, şəhər ictimaiyyətinin nümayəndələri, hərbçilər iştirak edir.

 

Ağdam rayonunun Papravənd kəndindən olan ailədə doğulan Elmin Əlizadə Mingəçevir şəhərində dəfn olunacaq.

 

Qeyd edək ki, noyabrın 16-da dövlət sərhədində Ermənistanın təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı Azərbaycan Ordusunun 7 hərbi qulluqçusu şəhid olub. Döyüşlərdə 10 nəfər hərbi qulluqçumuz yaralanıb.

Share: