3 dənizçi itkin düşüb

Müstəqil.Az  Seanews.az-a istinad edərək xəbər verir ki, Banqladeşin Monqla limanında Fardin-1 gəmisi batıb. Nəticədə heyətdən 3 nəfər itkin düşüb.

Göyərtəsində 600 ton kömür olan gəmi 6 nəfər heyətlə üzüb.

Gəmi toqquşmadan bir qədər göyərtəsindən kömür götürdüyü HANDY PERTH quru yük gəmisi ilə toqquşub. Fardin-1 kömürlə yükləndikdən sonra hər iki gəmi limandan çıxışa tərəf hərəkət edib. Bu zaman manevr edərkən yenicə yükləmiş Fardin-1 özündən daha böyük quru yük gəmisini görməyərək ona çırpılıb. Təbii ki, daha kiçik gəmi zərbədən aşaraq batıb. Nəticədə 3 heyət üzvü itkin düşüb.

Müstəqil.Az 

Share: