Bəkirov Hasil Cəlil oğlu – I Qarabağ müharibəsində şəhid olan dənizçi

XDND idarəsinin I Qarabağ müharibəsində şəhid olmuş əməkdaşı İsgəndər Xankişiyevdir. Son iş yeri XDND-nin “Aktau” gəmisi olub.  Onun və XDND idarəsinin I Qarabağ  müharibəsinin digər əməkdaşları haqda 2003- cü ildə nəşr etdiyim “Kəsilməyən həyacan fiti” kitabımda bəhs etmişdim. Nəşri qələbə gününün 1-ci ildönümünə qədər gerçəkləşəcək “Dənizçilərimiz Vətən müharibəsində” növbəti kitabımda da qəhrəmanımız haqqında bu məqalə dərc olunur.

Hasil 1969-cu ildə Göyçayın axarlı-baxarlı, bağ-bağatlı Mallı Şıxlı kəndində dünyaya göz açmışdı. Bu kəndə də böyüyüb orta məktəbi bitirib, boya başa çatmışdı.  Sovet Ordusu sıralarında xidmət etmək üçün əsgərliyə də elə bu kənddən yola düşmüşdü.

Onu tanıyanlar deyir ki, Hasil təbiət vurğunu idi. Təbiəti sevənlərin ürəyində vətənə məhəbbət hissi daha güclü olur. Təbiətin bəxş etdiyi bütün gözəlliklər Vətən torpağının gözəlləşdirir.Həm dı bizim vətənimiz bütövlükdə gözəldir. Elə buna görə də vətən sevgisi Hasil üçün hər şeydən uca, hər şeydən ülvi idi.

Hasil dənizi də çox sevirdi. Elə bu segi onu  122 saylı texniki peşə məktəbini bitirdikdən sonra onu dənizə gətirmişdi. “Xəzərdənizdonanma” idarəsində işə düzəlmişdi.

İdarənin müxtəlif gəmilərində matorçu  kimi əmək fəaliyyətinə başlamışdı. Son iş yeri olan  “AKTAU” gəmisinin heyəti ilə söhbət edirəm. Hər kəs ölümüylə əbədiyyətə qovuşmuş iş yoldaşları olan Hasildən razılıq edir. Deyirlər ki, onun gözəl yoldaşlığı vardı. İşində də məsuliyyətli idi. Öhdəsində olan və ona tapşırılan hər bir işi layiqincə yerinə yetirirdi. Həm də nizam-intizamlı oğlan idi, ona söz deməyə ehtiyac yox idi.

Vətənin ağır günləri başqa dənizçi dostları kimi onu da hədsiz dərəcədə narahat edirdi. Torpaqlarımıza sahib durmaq, yurd yuvamızı işğal etmək üçün xarici qüvvələrin, xüsusi ilə də Rusiyann dəstəyinə güvənən ermənilərin vəhşiliyinə son qoymaq, insanlarımızın qətlə yetiriməsinin qarşısını almaq, düşməndən intiqam almaq üçün o da silaha sarılmalı oldu.

O, könüllü surətdə ordu sıraların yazıldı və cəbhənin ən qaynar nöqtəsinə, Qarabağ bölgəsinə yollandı. Ağdərə uğrunda gedəm döyüşlərdə düşmənə ağır zərbənin endirilməsində fəal iştirak etdi. Quduzlaşmış düşmənin məhv edilməsində onun da xidmətləri əvəzsiz idi.

Bəkirov Hasil döyüşçü dostları arasında qorxmazlığı, Vətənə bağlılığı ilə seçilir və sevilirdi. Qayğıkeş id1, insanları duymağı bacarırdı. Onunla birlikdə döyüşən dənizçi dostları deyir ki, Hasil gənc döyüşçülərə həmişə məsləhət verərdi. “Ölümdən qorxmayın, amma yaşamağa da üstünlük verin, bunun üçün isə düşməni ancaq öldürmək lazımdır – deyirdi. Qorxmasanız ölüm sizdən yan keçəcək. Düşməni isə mütləq öldürmək lazımdır. Ona görə lazımdır ki, o səni öldürə bilməsin”.

Hasil ölümdən qorxmadı. Ölümün onu izlədiyini isə ağlına  gətirsə də onu tapacağına inanmırdı. Ağdam uğrunda gedən döyüşlərdə xüsusi qəhrəmanlıq göstərdi, bu döyüşü döyüşçü dostlarının dilində dastana döndü.

1994-cü ilin may ayı Hasil özünün son döyüşü məhz Ağdam cəbhəsində oldu. Daha doğrusu bu onun düşmənə sonuncu dəfə yerini göstərib qan uddurduğu döyüşü oldu. İgid dənizçi qəhrəmancasına şəhid oldu.

Hasil evli idi. İndi onun bir qızı böyüyür. Atasının nakam arzularını həyata keçirmək üçün dərslərini əla oxuyur. Hələlik atasının xəyalları və şəkilləri ilə söhbət edir. Böyüyüb Vətənə layiq övlad olanda isə atasının nakam ruhu övladının uğurlarına baxıb, şad olacaq. Təbii ki, o zaman Hasilin qanı çilənən Vətən torpağı düşmən tapdağından azad olunacaq.

Faiq Balabəyli

2003

 

Share: