Bakıda Anım Günü ilə əlaqədar hərbçilərin yürüşü keçirildi – FOTOREPORTAJ + VİDEO

 

Bakıda 27 sentyabr – Anım Günü ilə əlaqədar tədbir keçirilib.

Müstəqil.Az Oxu.Az-a istinadla  xəbər verir ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə əllərində Vətən müharibəsi şəhidlərinin şəkilləri həkk olunan plakatlarla 3000 nəfərdən çox kursant və hərbi qulluqçu anım yürüşü edib.

Azadlıq meydanından başlayan anım yürüşü Ağ Şəhər istiqamətində davam edib.

Yürüşün son nöqtəsi Hərbi Qənimətlər Parkı olub.

 

 

Share: