Şəmkirdə yol qəzası olub

Şəmkirdə yol nəqliyyat hadisəsi baş verib. Hadisə rayonun Heydər Əliyev prospektində qeydə alınıb.

Hərəkətdə olan “NİVA” markalı minik maşını ilə “VAZ 2115” markalı avtomobil toqquşub.

Qəza zamanı xəsarət alan olmasa da, hər iki avtomobilə ziddi ziyan dəyib.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Müstəqil.Az

Share: