“Palmali Group”: SOCAR-la ortaqlığımızı isbat edən rəsmi sənədlər var..

SOCAR-la “Palmali Group” arasında bir-birinə yönəlik açıqlamalar son günlər ölkə mediasının əsas müzakirə mövzusuna çevrilib.

Müstəqil.Az xəbər verir ki, bu gün SOCAR yenidən açıqlama yayaraq, “Palmali Group”la hər hansı ortaqlıq olmadığını, birgə əməkdaşlıq zamanı bu şirkətin ona külli miqdarda borcu qaldığını bəyan edib.

“Palmali Group”dan isə SOCAR-ın bu açıqlamasına cavab gecikməyib.

Müstəqil.Az-a , “Palmali Group”dan bildirilib ki, iki şirkət arasında ortaqlıq olub və bu danılmazdır: “Ortaqlığımızı izbat edən rəsmi sənədlər var. Həmin sənədlərdə SOCAR rəhbərliyinin və rəhbərliyə daxil olan şəxslərin yaxınlarının imzaları var”.

“Palmali Group” onu da bəyan edir ki, SOCAR-ın bu quruma külli miqdarda borcu var: “Ortada bir borc məsələsi var və bu da SOCAR-ın bizə olan borcudur”.

Müstəqil.Az

Share: