Ali məktəblərə ixtisas seçimi bu gün başa çatır

Ali məktəblərə ixtisas seçimi bu gün başa çatır.

İxtisas seçimi avqustun 20-dən başlayıb və Dövlət İmtahan Mərkəzinin rəsmi saytı vasitəsilə elektron qaydada aparılır.

Həmçinin abituriyentlər Dövlət İmtahan Mərkəzinin regional bölmələrində, Qərbi Kaspi, Azərbaycan, Bakı Biznes, Odlar Yurdu Universitetlərində abituriyentlərə ixtisas seçimi ilə əlaqədar kömək etmək məqsədilə yaradılmış və ödənişsiz əsaslarla fəaliyyət göstərən “Abituriyent Məsləhət Mərkəzləri”nə müraciət edə bilərlər. “Məsləhət mərkəzləri”ndə xüsusi treninq keçmiş əməkdaşlar abituriyentlərə tələbə qəbulu qaydaları, “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma və təsdiq edilməsi qaydası, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli olan vacib məsələlər və s. haqqında ödənişsiz köməklik göstərirlər.

İxtisas seçimi ilə əlaqədar məsləhət mərkəzləri bəzi rayon təhsil şöbələrində də fəaliyyət göstərir.

“Abituriyent Məsləhət Mərkəzləri” həftənin 5 günü (şənbə, bazar günləri istisna olmaqla) saat 10.00-dan 17.00-dək fəaliyyət göstərir.

Share: