Üçüncü Dünya Müharibəsi hər an başlaya bilər

ABŞ Dövlət Departamentinin əldə etdiyi sənədlər dünyada böyük əks-səda doğurub.

Müstəqil.Az xəbər verir ki, sənədlərdə Çin alimlərinin altı ildir koronavirus da daxil omaqla bioloji və genetik silahların istifadə ediləcəyi Üçüncü Dünya Müharibəsinə hazırlaşdıqları qeyd olunub.

İddiaya görə, Çin bioloji silahın istifadəsi üçün mükəmməl şərtləri müəyyənləşdirir və düşmənin səhiyyə sisteminə təsirini sənədləşdirir.

“The Australian” qəzetinin məlumatına görə, Xalq Qurtuluş Ordusu alimləri və tibb işçiləri tərəfindən hazırlanan sənəddə xəstəliklərin əvvəl görülməmiş bir şəkildə silah hazırlamaq üçün manipulyasiya edilməsi araşdırılıb. Sənədi hazırlayanlar Üçüncü Dünya Müharibəsinin bioloji olacağını bildirirlər.

Sənəddə bioloji silahdan istifadə edərək maksimum ziyan vurmaq üçün ideal şərtlər öz əksini tapıb. Mütəxəssislər bu cür hücumların açıq havada edilməməsinin vacibliyini vurğulayırlar, çünki günəş işığı patogenlərə zərər verə, yağış və qar isə aerozol hissəciklərinə təsir göstərə bilər.

 

Müstəqil.Az
Share: