İranın şübhəli “yükü”: Qarabağda təxribat hazırlanır – Rus ekspert

Əvvəlcə sosial şəbəkələrdə Gürcüstan sərhədçiləri tərəfindən Ermənistana gətirilməli olan Rusiyanın “humanitar yükünün” yoxlanılması kadrları peyda oldu. Yoxlama zamanı Moskvanın humanitar yardım əvəzinə Ermənistana hərbi yük göndərməyə çalışdığı aşkarlandı. İndi İran tərəfi ilə də analoji insident baş verib. Belə qənaətə gəlmək olar ki, Ermənistan Qarabağda çirkin bir provokasiyaya hazırlaşır və buna nail olmaq üçün onlara Moskva və Tehranın müəyən siyasi dairələrindən dəstək gəlir.

Müstəqil.Az bildirir ki, bu barədə Axar.az-a ekspert, politoloq Aleksey Voronenko sosial şəbəkələrin İran seqmentində bu ölkənin Ermənistan vasitəsilə Rusiya sülhməramlılarının nəzarətində olan Azərbaycan ərazilərinə “yardım”ların çatdırılmasını əks etdirən qalmaqallı görüntüləri şərh edərkən deyib.

“Birincisi, əgər yük Laçın dəhlizi vasitəsilə çatdırılırsa, bu barədə mütləq Azərbaycan tərəfinə məlumat verməli idi. Əgər bu, həqiqətən Xankəndidəki erməni ailələrinə humanitar yük olsaydı, Bakını rahat şəkildə məlumatlandırmaq olardı. Bununla da onlar öz yüklərinin təhlükəsiz və açıq şəkildə çatdırılmasını təmin edə bilərdilər. Amma əgər bu iş gizlin görülürsə, onda təbii ki, burada humanitar yükdən söhbət belə gedə bilməz. Ola bilsin ki, İrəvan Qarabağda müəyyən təxribat törətməyi planlaşdırır. Bakı buna hazır olmalıdır”, – deyə müsahibimiz qeyd edib.

Əli Məmmədov

Share:

Author: Müstəqil AZ