Mayak nəzarətçisi özü də bilmədən məşhur FOTOLARIN qəhrəmanı oldu

Mayak nəzarətçisi özü də bilmədən məşhur FOTOLARIN qəhrəmanı oldu

Fransanın ərazisi hesab edilən Uessan (Ouessant) adasında 19-cu əsrə aid La Jument adlı mayak var. Hündürlüyü 100 metr olan mayak gəmi qəzalarının qarşısının alınması məqsədilə inşa edilib.

“Seanews.az” xəbər verir ki, 1989-cu ildə fransız fotoqrafı Jan Qişar vertolyotdan bu mayakın fotolarını çəkmək üçün onun üzərində dövrə vurur. Bu zaman mayak nəzarətçisi vertolyotun səsini eşidir və xilasedicilərin onu aparmağa gəlmələrini zənn edərək çölə çıxır.

Dekabrın soyuq və güclü küləyi mayakın olduğu əraziyə böyük dalğaları gətirib çıxarır. Bunu görən nəzarətçi içəri qayıdır və son anda qapını bağlaya bilir. Ani gecikmə onun həyatı bahasına başa gələ bilərdi. Bütün bu prosesi vertolyotdan görən Jan Qişar sonralar bir çox fotoqraflar üçün nümunə olacaq kadrlar çəkməyə müvəffəq olur.

Məhz bu fotokadrlar həmin mayakı turistlər arasında məşhur edir.

Share: