Təcrübli dənizçi koronovirusdan vəfat etdi

Uzun müddət XDND  İdarəsində elektromexannik işləyən Əziz Babayev bu gün  koronovirusdan dünyasını dəyişib.

Müstəqil.Az-a bu haqda mərhumun dostu, Dənizçilərə sosial Dəstək İctimai Birliyinin sədri, gəmi kapitanı Faiq Balabəyli məlumat verib:
Amansız ölüm daha bir dostumuzu əlimizdən aldı. Əzizi gənclik illərindən tanımışam. Çox isti münasibətimiz vardı. “Əli Əmirov”, “Batağ” və “Nefeqaz” tipli gəmilərdə işləmişdi. Ali təhsilli idi, Neft və Kimya inistitunu bitirmişdi. Ailəsinə bağlı, sədaqətli və dostcanlı insan idi.
Masallı rayonunun Türkoba kəndində anadan olmuşdu. Düz 35 il dənizdə işlədi və təqaüdə çıxdı. Onunla son görüşümüz “Mübarək” restornında balasının toyunda oldu. Dənizçi dostların arasında, balasının xoş günüdə necə də xoşbəxt görünürdü və elə xoşbəxt idi də. Toyda mənə də söz verdirdi. Ona və gənc ailəyə ürək sözlərimi, xoş arzularımı çatdırdım, xoşbəxt olsunlar dedim. Şeir istədi, gözüm üstə dedim. Qonaqlar əsasən dənizçilər idi, Dənizlə, dənizçi həyatı ilə bağlı bir neçə şeir oxudum.
Əziz əsrin bəlası olan Koronovirusdan əziyyət çəkib və bu dəhşətli xəstəliyin caynaqlarından özünü qurtara bilməyib. Xəbəri indi eşitdim, üzüldüm. Bütün doğmalarına öz adımdan və “Dənizçilərə Sosial Dəstək” İctimai Birliyininn idarə heyəti adından başsağlığı veriəm. Allah rəhmət eləsin, Məkanı cənnət olsun. Amin!
Müstəqil.Az
Share: