Azərbaycanda koronavirusa yoluxanların sayı ARTDI

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2717 yeni yoluxma faktı qeydə alınıb, 1341 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Müstəqil.Az -a verilən məlumata görə, analiz nümunələri müsbət çıxmış 31 nəfər vəfat edib.

Ölkədə son sutka ərzində 14,581, hazırkı dövrədək isə 2,977,593 test aparılıb. İndiyə qədər ümumilikdə 279,181 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 245,881 nəfər müalicə olunaraq sağalıb, 3811 nəfər vəfat edib, aktiv xəstə sayı 29,489 nəfərdir.

Müstəqil.Az 
Share: