Rejissor Eldar Quliyev xəstəxanaya yerləşdirildi

Xalq artisti, rejissor Eldar Quliyev yenidən xəstəxanaya yerləşdirilib.

Müstəqil.Az -ın məlumatına görə, səhhəti pisləşən Xalq artisti bir neçə gün əvvəl “MediClub” klinikasına yerləşdirilib.

Hazırda onun müalicəsi reanimasiyada davam etdirilir.

Qeyd edək ki, rejissor yanvarın 18-də xəstəxanaya yerləşdirilmişdi. O, martın əvvəlində evə buraxılmışdı.

Müstəqil.Az 

Share: