Escort Paris pornmaxi.com pornblu.com

Ukrayna bu gün böyük sınaq qarşısındadır – Partiya sədri

Hazırda dostluq və müttəfiqlik etdiyimiz iki ölkə – bir tərəfdən Ukrayna, digər tərəfdən isə Rusiya müharibənin bir addımlığında dayanıblar. Durum həddindən artıq kritikdir. Artıq Ukrayna rəsmən NATO-nu öz hava məkanında birgə patrul nəzarəti təşkil etməyə çağırıb.

Müstəqil.Az bildirir ki, bu sözləri NHP sədri Əlisahib Hüseynov Rusiya və Ukrayna qarşıdıurmasına  münasibət bildirərkən deyib. O əlavə edib:

“Rusiya da Krım və Donbas istiqamətində ordu yığır, hərbi texnikasını cəmləşdirir. Tərəflər eyni zamanda kütləvi informasiya vasitələri üzərindən bir-birinə qarşı “əsəb müharibəsi” aparır, psixoloji qıcıq yaradan, təhrikedici açıqlamalar verirlər. Bir sözlə, bu iki postsovet ölkəsi arasında hər an real müharibə başlaya bilər.
Proseslər bu cür artan gərginləşmə tempi ilə davam edərsə, o zaman hərbi əmliyyatlar yüzəyüz qaçılmaz olacaq. Əlbəttə, biz Azərbaycan olaraq sözügedən ölkələr arasında mövcud gərginliyin genişmiqyaslı hərbi əməliyyatlar fazasına keçməsini əsala istəməzdik. Çünki az öncə də qeyd etdiyim ki, adı çəkilən ölkələrin hər biri ilə çoxşaxəli sıx əlaqələrə malikik və hər iki ölkə bizim müttəfiqimiz sayılır. Lakin hadisələrin gedişinə, proseslərin inkişafına bizim istəyimiz yox, bu iki ölkənin hər birinin geopolitik və milli maraqları yön verəcək, yekun nöqtəni qoyacaq.
İlk baxışdan, tərəflərin hər biri öz-özlüyündə haqlı kimi görünür. Lakin zənnimizcə, bu prosesdə əsas haqlı tərəf sözsüz ki, Ukraynadır. Çünki söhbət Ukraynanın öz ərazi bütövlüyünü bərpa etmək, Krımı geri almaq, Donbasda və digər məntəqələrdə separatçılıq meyllərinə son qoymaq istəyindən gedir. Və bu istəyini ortaya qoymaq Ukraynanın təbii haqqı, hüququdur. Bu baxımdan, Ukrayna bu gün böyük sınaq qarşısındadır. Odur ki, əgər savaş başlayarsa, Ukrayna bu savaşda yalnız və yalnız qalib gəlməlidir. Ukrayna qalib gəlməyə məhkumdur. Bu ölkənin başqa yolu yoxdur. Əks halda, Ukrayna yeni ərazilərini də itirə və ümumiyyətlə, bir dövlət kimi tamamilə parçalana bilər.”
Müstəqil.Az
mersin escort
kalebetting.com -

baysanslicanli.com

- casinoslotsclub.com -
meritroyalbet
- Anadolucasino