Fərqlənən dənizçilər 4 adda diploma layiq görüləcək – DSD

“Dənizçilərə Sosial Dəstək” İctimai Birliyi dənizçiləri mükafatlandıracaq.

Bu barədə Qaynarinfo-ya açıqlamasında birliyin sədri Faiq Balabəyli məlumat verib. Onun sözlərinə görə, fərqlənən dənizçilər 4 adda diploma layiq görüləcək:
“Təxminən iki ay bundan qabaq “Dənizçilərə Sosial Dəsətək” İctimai Birliyi 4 adda diplom təsis edib:
1.Vətən müharibəsi zamanı arxa cəbhədə Silahlı Qüvvələrimizə göstərdiyi dəstəyə görə “Ordunun dostu”, “Vətən naminə” diplomları,
2. Uzunmüddətli şərəfli dənizçi həyatına və səmərəli fəaliyyətinə görə “Dəniz fatehi” diplomu,
3. Gənc dənizçi nəslinin formalaşması və təlim-tərbiyəsində uzunmüddətli pedaqoji fəaliyyətinə görə “Stimul” diplomu,
4. Ağır və şərəfli dənizçi həyatını əks etdirən dolğun sənət nümunəsinə, yaxud əsərinə görə müəlliflərə “Neptun” diplomu.
Artıq mükafatların sahibləri bəllidir. Yaxın günlərdə bu diplomlar seçilən dənizçilərimizə təqdim ediləcək”.
Bahar Rüstəmli
Share:

Author: Müstəqil AZ