Rusiyada keçmiş nazir müavininin sərvəti 10 milyard dollara çatıb

Rusiyanın keçmiş rabitə nazir müavini Denis Sverdlovun sərvəti 10 milyard dollara çatıb. 

“Forbes” nəşrinin məlumatına görə, eks-məmurun elektrikli nəqliyyat istehsal edən şirkətinin səhmlərinin birjada yerləşdirilməsi onu ölkəsinin ən varlı şəxslərindən birinə çevirib.

Qeyd edək ki, keçmiş nazir müavini 2012-2013-cü illərdə vəzifə tutub. O, öz şirkətini 2015-ci ildə yaradıb. D.Sverdlovun “Arrival” şirkəti ABŞ-ın “CIIG Merger Corp” şirkətilə birləşərək martın 25-də səhmlərini qiymətli kağızlar bazarına (NASDAQ) çıxarıb. “Finansial Times” nəşrinin məlumatına əsasən səhmlərin ümumi dəyəri 13.6 milyard dollar təşkil edib.

Müstəqil.Az

 

Share:

Author: Müstəqil AZ