Şabranda 21 yaşlı hamilə qadın zəhərlənərək öldü

Şabran rayonunda bədbəxt hadisə baş verib.

Müstəqil.Az-ın verdiyi məlumata görə, hadisə rayonun Ceyranlı kəndində qeydə alınıb. 2000-ci il təvəllüdlü Yusifova Məleykə Vahab qızı zəhərlənərək dünyasını dəyişib.

İlkin araşdırma zamanı dünyasını dəyişən M.Yusifovanın hamilə olduğu bildirilir.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Müstəqil.Az

Share: