“Şamaxı” gəmisində ərzaq təchizatı ilə bağlı görüş keçirilib

AXDG QSC-nin rəhbərliyinin mütəmadi olaraq gəmilərdə olması, üzən heyyətin təklif və iradlarını dinləməsi artıq ənənə halını alıb.

Müstəqil.Az-a “DSD” İB –dən verilən məlumayta görə belə görüşlərdən biri də bu gün XDND –nin “Şamaxı” gəmisində baş tutub.

AXDG QSC-nin Sosial İnkişaf və Nəqliyyat şöbəsinin müdiri İlqar Oruclunun heyyətlə görüşü zamanı əsasən gəmilərə verilən ərzağın təminatı və keyfiyyəti, sosial və tibbi sığorta, heyət üzvlərinin 15 nəfərdən çox olan gəmilərdə “Caspian Catrinq” tərəfindən aşbaz köməkçisinin təyin edilməsi və digər məsələlər müzakirə olunub.

Görüş zamanı gəminin kapitanı Faiq Səfərov, kapitanın böyük köməkçisi Qarayev  Mustafa, kapitanın ikinci köməkçisi Əhmədov Fərid, böyük mexannik Allahverənov Fərhad, elektrik mexanniki Allahverdiyev  Elçin dənizçilərin iş və yaşam məsələsi ilə bağlı aktual məsələlərdən bəhs ediblər. Gəmilərə verilən ərzaqların keyfiyyətindən, çeşidindən, eyni zamanda tibbi və sosial sığorta, maaşlarla bağlı  dənizçiləri maraqlandıran suallara toxunulub.   Gəmilərə anbarlardan çatdırılacaq məişət əşyalarının və işçi geyimlərinin təchizatı da  görüş zamanı müzakirə olunub, təkliflər verilib.

QSC-nin Sosial İnkişaf və Nəqliyyat şöbəsinin müdüri İ. Oruclu olunan təkliflərə diqqətlə qulaq asıb, gəmi heyyəti ilə fikir mübadiləsi aparıb. Bildirib ki, edilən hər bir təklif QSC rəhbərliyinə  çatdırıacaq. “Caspian Catrinq” rəhbərliyi ilə gəmilərdə ərzaq təminatı və aşbaz köməkçilərinin təyin edilməsi haqda da müzakirələr aparılacağını qeyd edən şöbə müdiri, gəmi heyyəti nahar yeməyi yeyib.

Müstəqil.Az

 

Share: