Təhsil naziri intihar edən məktəblilərdən yazdı

Təhsil naziri Emin Əmrullayev bu gün intihar edən məktəblilərlə bağlı sosial media hesabında yazıb.

Müstəqil.AZ BAKU.WS-a istinadla xəbər verir ki, nazir sosial şəbəkə hesabında hadisədən kədərləndiyini bildirib:

“Abşeron rayonu, Qobu qəsəbə 2 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdlərinin intiharı bizi dərindən kədərləndirir. Ailə və yaxınlarına səbr diləyirik. Məsələ ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən müvafiq araşdırma aparılır. Allah rəhmət eləsin!”

Xatırladaq ki, bu gün günorta saatlarında iki məktəbli Lökbatanda yerləşən hündürmərtəbəli binanın damından özlərini ataraq intihar ediblər. İntihar edən 2005-ci il təvəllüdlü Quliyeva Mətanət Elşən qızı və 2004-cü il təvəllüdlü Səmədova Əfruz Rafiq qızı sinif yoldaşı olublar.

Share: