SƏS – ƏSƏD CAHANGİRİN QARABAĞ HAQQINDA ESSESİ

Qəlbimdən gələn səslər mənə çox şeylər öyrədir”
Sokrat

 

 

  1. Söz, səs, rəng… Söz göydən düşür, səslənir və rənglənir. Onun başlıca işi yerlə göyü birləşdirmək, birlik yaratmaqdır. Təbiətə məxsus ikilik – işıq və qaranlıq, isti və soyuq, xeyir və şər sözlük deyil. Sözün son amacı xeyrin əbədi hökm sürdüyü öz nizamını yaratmaqdır. O buna kosmik nizamı aşmaq, olağanüstü nizama qoşmaqla nail olur. Nizamini yada sal. İlyas Yusif oğlu niyə, görəsən, bu təxəllüsü götürüb? Çünki varlığın ilkin şərti  bu olağanüstü nizamdadır və söz də onun peşindədir.

 

 

  1. Allah da sözlə işləyir, şair də. Allah dünyanı sözdən yaradır, şair isə sözlə. Amma Allah dünyanın materialını da özü yaradır, şair isə hazır materialı (dil!) işlədir. Bu, Allahın təkcə şair yox, həm də ümumən insandan əsas fərqidir. Allah yaradan, insan düzüb-qoşandır. Odur ki, “yaradıcılıq” sözünü insana şamil etmək düz deyil. Biz bu sözü fərqinə varmadan, mexaniki vərdiş üzrə insana da şamil edir və əslində, yanlış yapırıq. Nədən ki insan yarada bilməz, yalnız yapa bilər. Əlbəttə, dil “yaradan” şairlər də var, məsələn, İsa Muğanna, örnəyin, Vaqif Bayatlı Odər… Amma onların dil yaradıcılığı “yoxdan var eləmək” deyil. Çünki Muğanna məlum dili sadəcə cilalayıb, artıq rənglərdən təmizləyib, Vaqif Bayatlı isə onun rənginə rəng qatıb. Muğanna Nizaminin “İqbalnamə”sindəki Çin nəqqaşı, Vaqif Bayatlı isə Rum rəssamına bənzəyir. Məğribanə desək, Muğanna intuitiv, Vaqif Bayatlı isə məntiqi metoddan istifadə Məğribanə desək, Muğanna mükaşifə, Vaiqf Bayatlı isə istidlal yolu ilə gedib.

 

 

  1. “İlkin forma”ya (Ərəstu) qayıtmaq üçün təbiətin iki başlıca şərti – zaman və məkan yox olmalıdır. Dünyada bu “yox olmaq” ifadəsindən də ziddiyyətli bir şey yoxdur. Əsl oksimorondur! Baxın, axı, “yox” necə “ola” bilər? Dil burda hansı ontoloji sirri gizləyir? O sirri ki, “yox” özü də “var”. Odur ki, varlığın özülü yoxluqdur. Dil burda düşüncənin polyar qatındadır. Elə bir qat ki, orda nə var var, nə yox yoxdur. Orda var da, yox da eyni bir şeydir. İki əks qütb orda bir nöqtədə birləşir və birləşən andaca özlərini itirib, eyni bir şeyə çevrilirlər. “Yoxluq və nizamsızlıq insan ağlına məxsus iki illüziyadır”  (Anri Berqson) Belə çıxır ki, “təbiət boşluqdan qorxur” deyən Ərəstu haqlı imiş.

 

4.Postmodernistlər fikri ağac metaforası ilə izah etməyi bu gün artıq köhnəlmiş bir şey sayırlar. Çünki ağacda mükəmməl nizam (kök, gövdə, budaq və sair) var, postmodernzm isə nizamı, yox xaosu sevir. Əslində, nəsə mürəkkəb bir fikri sadə şəkildə izah etməkdə ağacdan daha əlverişli metafora yoxdur. Varlıq və yoxluq məsələsi də həmçinin. Çünki ağacın da yarısı “var” – yerin üstündədir, yarısı “yox” – yerin altındadır. Ağac yarı diri, yarı ölüdür, yarı gecə, yarı gündüzdür, yarı zülmət, yarı işıqdır. Əksliklər onda birləşir. O tamdır, bütövdür, hər şeyi özündə birləşdirəndir. Dünya ağacı haqqında mif də burdan yaranıb. Və əslində, o, mif deyil, həqiqətdir. Çünki nəinki dünayda, hətta axirətdə nə varsa, hamısı ağacda da var. Axirətdə də ağacın iki üzü var: neqativ üzü – zəqqum, pozitiv üzü – tuba. Buna görə, maddi və metafizik dünyadakı hər şeyin ağac vasitəsilə metaforik təsvirini vermək olur. Ağacın toxumunda onun kökü, gövdəsi, budağı, çiçəyi və meyvəsinə məxsus ilkin şərtlər var, amma toxum bunların heç biri deyil. Onlar kökə qayıdan kimi özəl formalarını itirib, hamısı üçün ümumi olan ilkin formaya – toxuma çevrilir. Orda kök, gövdə, budaq, çiçək, meyvə – hamısı bir şeydir, hamısı toxumdur. Sözün ali görəvi insanı hər şeyin bir şey olduğu toxuma qaytarmaqdır.

  1. Allahın hüzurunda şairlərin söz, peyğəmbərlərin göz məqamı var. Şairin sözünün, peyğəmbərin gözünün gizli layları açıldıqca, zaman və məkan buxovlarından azad olur və Allaha doğru üz tuturlar. Amma bəlli fərqlə: şair Allaha doğru enir, peyğəmbər isə yüksəlir. Çünki şair daha çox keçmişə, peyğəmbər isə gələcəyə baxır. Allah isə eyni vaxtda hər yerdədir və ona hər yerdən getmək, onu hər yerdə görmək olar. O hər yeri özündə birləşdirən bir yerdir. Şair o yeri axtarır. “Elə yer ki, baxıb görüm, sənsən hər yer, İlahi” (Qulu Ağsəs)
  2. Şair insanın min illərdən bəri keçib gəldiyi yollarla geri dönür. O yollar qaranlıqdır, orda düşüncənin işığı sönüb. Keçmiş zaman atılmış, xaraba ev kimidir. Tarixçilərdən başqa onun işığını yandıran yoxdur. Şair isə məhz keçmişdə – insanlığın uşaqlıq dönəmində yaşayır. Onun uşaqlar kimi “ağılsız” olması, görünür, bununla bağlıdır. Ağacdakı quş belə zamanı bildiyi halda şair bilmir: “ Qumru, saat neçədir, sən qonduğun budaqda?” (Vaqif Səmədoğlu)

7.Bəs, peyğəmbər? O, insanlığın keçib gedəcəyi yolla irəliləyir və bu yolda Allahın nuru onun bələdçisi olur. Şair zamandan yaxasını qurtarmaq üçün onun gedişini dayandırmaq istəyir: “Saxlayın Yer kürəsini, düşmək istəyirəm ” (Vaqif Səmədoğlu) Lakin onun zamanı dayandırmaq çabası yel dəyirmanları ilə döyüşən Don Kixotun gülünc durumunu yada salır. Şair də ağlını itirmiş qoca idalqo kimi bu döyüşdə yenilir və keçmişə yönəlir. Don Kixot öz Rosinantının, şair isə Peqasın belində axına qarşı, zamana qarşıdır. Bu, onların əbədiyyət iddiasından doğur. Don Kixot da, şair də öz adının əbədi qalmasını istəyir. Biri qılınc, o biri qələm sahibi kimi. Əbədiyyət isə mümkünsüzdür. Buna görə Don Kixot bütün zamanların ən böyük şairi, şair isə öz zamanının ən böyük Don Kixotudur. Bunu Setrvantes deyir.

 

 

  1. Şairlə şüuraltının dağıdıcı, peyğəmbərlə isə şüurüstünün yaradıcı gücü işləyir. Şüuraltı şeytanın, şüurüstü isə Allahın əlindədir. Adi insan nə şüuraltı, nə də şüurüstü yox, şüurla hərəkət edir. O, şeytanla Allah, şairlə peyğəmbər arasında durur. Nə şair, nə də peyğəmbər insan deyil, nəsə ayrı bir məxluqdur. Çünki insanı insan edən şüurdur. Şair şüuraltına, peyğəmbər şüurüstünə söykənməklə şüurdan üz çevirir və insan olmaqdan çıxırlar. Və insan olmaq heç də hər şeyin sonu, zirvəsi deyil. İnsanlıq yaxşı ilə pis, aşağı ilə yuxarı arasında orta pillə, aralıq sivilizasiyadır. Amma insanın üstünlüyü də elə bundadır. Çünki arada durmaqla onun iki tərəfdən birini seçmək hüququ var. Daşlar, ağalar, quşlar bu seçimə hələ çatmayıb, mələklər bu seçimi ötüb keçib. Amma sonu birdir – hər iki halda seçim şansı yoxdur. İnsanın insanlığı onun seçim azadlığındadır (Dostoyevski) Onu bundan məhrum etmək insanlığını əlindən almaq deməkdir. Çağdaş seçkilər insanı insanlıqdan məhrum etmənin ən “demokratik” üsuludur.

 

9.Şeytan insanın irəli getməsini istəmir, çünki bunu Allah istəyir, şeytan isə hər işdə ona qarşıdır. İrəli gediş dünyanın sonu və şeytanın taxtının devrilməsi  deməkdir. O bu gedişi yavaşıtmaq üçün  hətta dünyanın şahlığını insana verməyə hazırdır (“İncil”)

 

  1. Şeytan hər kəsi öz yanına çəkməkdə başarılıdır, çünki keçilmiş yolun nişanları hər kəsin şüuraltında var. Hətta Həzrət Məhəmmədin özü də qəlbində şeytan olduğunu, amma onun əl-qoluna zəncir vurduğunu etiraf edirdi. Çünki bütün olağanüstü ruhi özəllikləri ilə birgə cismən o da hamı kimi insan idi
  2. 11. Şüuraltı kodların açılması yetər ki, insan öz içindəki qaranlığa düşsün və yolundan azsın – keçmişə üz tutsun. İsgəndərin dirilik suyu dalınca üz tutduğu qaranlıq dünya şüuraltının oyanması gedişində insanın içində açılan zülmət idi. Amma keçmişə dönüşlə ölməzliyə çatmaq olmur və İsgəndərin dirilik suyu axtarışları bu üzdən heç bir sonuca varmır.   Geriyə yol yoxdur! Yol ancaq və ancaq  irəliyədir.
  3. Amma insanı ilahi vəhy hesabına verilən hazır bilgi doyurmur. O bu bilgini öz daxili gücüylə yenidən qazanmaq istəyir. Buna görə Cırtdan ithürən əvəzinə işıqgələnə enir, Məlikməmməd ağ yox, qara qoçun belinə minir. Bu gələcəyi qoyub, keçmişə dönmək idi. O keçmişdə  Cırtdanı div, Məlikməmmədi əjdəha gözləyir. Hər iki qəhrəman yuxuya getmək qorxusuyla üz-üzə qalır. Cırtdan div yuxusuna iradi qüvvə hesabına qalib gəlir – hamı yatsa da, o yatmır. Məlikməmməd buna fiziki ağrı hesabına nail olur – barmağını kəsib yarasına duz basır.  Hər iki halda problem insanın dilemma (işıqgələn – ithürən, ağ qoç – qara qoç) qarşısında qalmasından başlayır, onun seçimi (işıqgələn, qara qoç) ilə davam edir və ağlı, iradəsi, hünəri hesabına çözülür. Hər iki halda insanın irəliyə gedişinə əngəl olan şər qüvvənin kökü kəsilir.
  4. İstər şüuraltından, istərsə də şüurüstündən keçən yol Allaha doğru gedir. Hər şeyin əvvəli olduğu kimi, sonu da Odur. Əvvəl-axır da, əzəl-əbəd də Ona məxsusdur. Gediləsi başqa yer yoxdur. Örkən nə qədər uzun olsa da, hərlənib-fırlanıb, axırı doğanaqdan keçir. Amma hər şair nəfsin tələlərindən keçib Allaha – metafizik, ilahi aləmə vara bilmir.
  5. Metafizik aləmlə maddi dünyanın bağlanma nöqtəsi olur. Bu nöqtə şairin qəlbidir. Hər şair kimi hər qövmün, hər xalqın da öz qəlbi var. Və bu qəlb o qövmü, o xalqı metafizik, ilahi aləmə bağlayır. İllah da ki xalq şair xalq ola! İlahidən gələn söz də, səs də, rəng də həmin ümummilli qəlbin burulğanlarından keçərək dünyaya gəlir.
  6. Antik yunanlar üçün göyü yerə bağlayan belə bir burulğan Olimp dağı, əski türklər üçün isə Ötükən meşəli dağı idi. Homer öz dastanlarında Tanrılar məskəni olan Olimpin uca zirvəsini coşqun bir ilhamla tərənnüm edirdi. Orxon-Yenisey daş bitiklərinin müəllfi isə yazırdı: “Türk budun Ötükən yış olursar, ilte bun yok” – “Türk xalqı Ötükən meşəli dağında olarsa, elin heç bir dərdi-qəmi olmayacaq”
  7. Əski türk allahlar panteonunun başında duran Tanrı öz xalqıyla bu qutsal yer vasitəsilə bağlanırdı. Ona görə “gündoğandan ta günbatan mənimdir” (“Koroğlu”) deyə dünyanın dörd bir yanına qoşun çəkən türklərin qəlbində yalnız ədəbi yox, həm də əbədi bir Ötükən həsrəti var.

 

 

 

 

  1. Ezoteriklərin fikrincə, planetar ölçüdə də yeri göyə bağlayan bir bağ var – Himalay dağları silsiləsindəki Şambala dağı! Görünür, Hindistanın bilgələr ölkəsi və qutsal biliklərin beşiyi olması bu üzdəndir. Təsadüfi deyil ki, ilk qadın Həvva yer üzünə Ərəbistanda, ilk kişi Adəm isə Hindistanda enib.
  2. Buddizm Hindistanla bağlıdır və insan hünərindən yaranıb. Bir gün hind şahzadəsi Qautama sarayını, ailəsini ataraq çıxıb gedir, illərlə dünyanı dolaşır, axırı əldən düşüb, bir ağacın dibində oturur və elə ordaca daxili nurlanma baş verir…
  3. İslam Ərəbistanla bağlıdır və Allahın verdiyidir.
  4. Buddizmin torpağın rəmzi olan qonur, islamın isə əbədi həyatın rəmzi olan yaşıl rənglə işarələnməsi də, görünür, təsadüfi deyil. Quranda adı keçən iyirmi beş peyğəmbər arasında Budda yoxdur. Çünki Budda özü-özünü seçmişdi, Allah isə yalnız özünün seçdiklərini kitablardan (“Tövrat”, “Zəbur”, “İncil”) kitaba (Quran) salırdı.
  5. Buddizm qadın inancıdır – qarışqaya da toxunma, şərə dirəniş göstərmə… Zülmə və zalıma qarşı cihada çağıran islam isə kişi dinidir. Buddizmin bu özəlliyi türklərin döyüş ruhuyla düz gəlmədyindən bu inanc onlar arasında geniş yayılmamışdı. İslamın türklər arasında çox böyük sürətlə və əksərən könüllü qəbulu da eyni məntiqlə bağlıdır. Buddizmin mahiyyətini dahiyanəliklə açmaq şərəfinin qadına (Yelena Blavatskaya) məxsusluğu da görnür, təsadüfi deyil.
  6. Buddizmdə insan Allahın diliylə danışır, islamda Allah insanın. Ona görə bütün tərki-dünyalığına baxmayaraq buddizm insani, bütün dünyəviliyinə baxmayaraq islam ilahidir. Budduzmin çağdaş batıda dəbdə olması da, yəqin ki, bu amillə bağlıdır. Praqmatik batı ilahilikdənsə insaniliyə üstünlük verir.
  7. Delfa adasındakı Apollon məbədinin qapısı üstündə “Özünü dərk et!” yazılmışdı. Nədən ki, Allaha yol insandan keçir. İnsan özünü anlayaraq Allahı dərk edir. Quranın “xatırlama” poetikası da (Əflatun) yəqin ki, bununla bağlıdır. İnsan özünü xatırlaya-xatırlaya dərk edir. Allah insan dilində danışır, amma insanı ilahi  ucalığa çağırır. Biz uşağı nəyəsə inandırmaq istəyəndə özümüzü uşaq yerinə qoyub, onun şivəsində danışdığımız kimi.
  8. Məkkənin Allahla bağlanmaq üçün özəl vasitəyə (məsələn, Himalay dağlarına) ehtiyacı yoxdur. Allah istəsə, öz bəndələriylə səhrada da danışa bilər. “Həqiqətən də, Allah hər şeyə qadirdir” (Quran) Amma Allah insana ağıl, bununla da seçim haqqı və fəaliyyət muxtariyyəti verib. Çünki Allah diktator deyil və dünyanı insanla birgə fırladır, özü yuxarıdan, insan isə aşağıdan. Bu paradiqma təkcə yeri deyil, göyün özünü də formalaşdırır. Göy və yerin təsiri birtəfəli yox, qarşılıqlıdır. Göy yerə təsir etdiyi kimi, insan da öz əməlləriylə səma səltənəti yaradır və onun səciyyəsini müəyyən edir (Daniil Andreyev, “Dünyanın qızılgülü”). Mən hər gecə Bakının işıqlarına baxanda səma Bakısının möhtəşəmliyini təxmini olsa da, təsəvvür edirəm. Çünki yerin göyə əksi düşür və “yuxarıda necədirsə, aşağıda da elədir” (Hermes Trismegist)

 

  1. Yer və göyün qarşılıqlı təsiri yalnız məkana deyil, zamana da aiddir. Tarix, ateistlərin dediyindən fərqli olaraq, allahsız dünyadakı siniflər qarşıdurması deyil. Amma dindarların dediyi kimi, səma diktatorunun qamçısıyla da idarə olunmur. Tarix Allah və insanın dialoqudur. Ünlü yapon tarixçisi, “Tarixin dərki” əsərinin müəllifi Arnold Toynbinin dediyi kimi, Allah mesaj göndərir, insan ona cavab verir və bu, dialoqdan tarix yaranır. Baş verən olaylarda Allahın rolunun dərki tarix elmini metatarixə çevirir.
  2. Allahın hər bir xalqa mesaj göndərdiyi vaxtlar olur. Bu vaxt o xalq mənəvi oyanış keçirir. Yəhudilərlə Allah İsanın mövluduna qədər, yunanlarla İsgəndərin zamanında danışırdı. Belə səmavi mesajlar monqollara Çingizin, ruslara Pyotrun, fransızlara Napoleonun zamanında gəlmişdi.
  3. Bizə səmavi mesaj bir xalq olaraq Şah İsmayıl dönəmində gəldi. Millət kimi formalaşma öncəsi isə biz Qarabağı seçdik və Allah bu seçimə səs verdi. Qarabağdan çıxan onlarla böyük səs incəsənəti nümayəndəsi yuxarının bu seçimə “hə” deməsini göstərirdi.
  4. Qarabağ Azərbayсan türklərini göyə bağlayan bir bağdır. Onun neçə yüzildən bəri Azərbaycan mədəniyyətinin Ötükəni olması bununla bağlıdır. Neçə yüzillərdir ki, ən böyük sənət xadimlərimiz məhz bu torpaqdan çıxaraq milli mədəniyyətimizi gəlişdirirlər.
  5. Yox, biz bu sözləri deməklə o dövrdə digər bölgələrdən çıxan istedadları danmırıq. Əsla! Nəinki Azərbayaсanın bu və ya digər bölgəsi, hətta onun hüdudları dışında da (məsələn, Gürсüstan) milli mədəniyyətimizin təmsilçiləri (Molla Vəli Vidadi) yaşayırdı. Amma bizi hər hansı olay deyil, milli mədəniyyətin gəlişməsində prioritet istiqaməti bəlirləyən faktlar maraqlandırır. Bu yöndən yanaşanda gələсək Azərbayan ədəbiyyatının inkişaf istiqamətini Gürсüstanda yaşayan Vidadi yox, Qarabağ xanının vəziri Molla Pənah Vaqif müəyyən edirdi. Molla Pənahı Vaqif edən, onun poeziyasını lokal çərçivədən çıxarıb, milli-mədəni amilə, özü də istiqamətveriсi amilə çevirən doğulub böyüdüyü Qazax deyil, vəzirlik elədiyi Qarabağ olmuşdu. O, inəkləri süd versin deyə kənd qadınlarına dua yazan çoxbilmiş, baməzə molladan söz dünyasının vaqifliyinə Şuşada çatmışdı. Milli-mədəni inkişafda əsas işi (Maqnum Opus) Vaqif görürdü. Vidadinin fəaliyyəti isə anaxronizm – “işdən-güdən bekar olub ağlamaq” (Vaqif) idi. Halbuki, o öz istedadının güсüylə Vaqifdən nəinki geri qalmır, əksinə, bəlkə də, öndə gedirdi. Bunu onların “Durnalar” deyişmıəsindən aydın görmək olur. Bəs, onda Vidadi-Vaqif məsələsindəki paradoks hardan doğurdu? Çünki bütün istedadı və сiddiyyətinə baxmayaraq, Vidadi keçmişə,  bütün at yeriməz işləri və şuxluğuna baxmayaraq Vaqif gələyсəyə baxırdı. Vidadinin durnaları keçmişə, Vaqifinkilər gələсəyə     uçurdu. Millətin gələсək taleyinin özülü Gürсüstan yox, Qarabağda qoyulurdu.

 

 

  1. “Hər bir millətin mövcudluğunun son amacı mənəvi-estetik duyğuları gəlişdirməkdir. Nədən ki o öz varlığını iqtisadi, siyasi, hərbi və digər sahələrdə deyil, mədəniyyətində təsbit edir” (Nizami Cəfərov) Yerdə qalan bütün digər sahələr mədəni gəlişmə üçün ilkin şərtləri hazırlayır.
  2. Mədəniyyətin beşiyi olan Qarabağı itirmək, əslində, öz varlığını itirmək deməkdir, çünki bu zaman yeri göyə bağlayan istinad nöqtəsi itirilir. Yüzillər boyu göylə ilişgilərini qura bilməyən, buna görə сəlayi-vətən olub, düzü-dünyanı dolaşan ermənilərn Qarabağ uğrunda mübarizədə başlıca amacları da budur – göyə körpü salmaq, daha dəqiq desək, bir millət kimi öz varlıqlarını təsdiq etmək. Bu mübarizədə ortaq məxrəcə gəlmək mümkünsüz və bu barışmazlıq xalqın bədii yaddaşında qorunub saxlanılır (“Əsli və Kərəm”) Dastanı düzüb qoşanlar deyir ki, bu düymə açılmaz, bu düyün çözülməzdir. Çünki bu sindromun tarixi köklərindən daha dərin metatarixi mənbəyi var və iki qoçun başının bir qazanda qaynamasına sadəсə yer yox, göy də qol qoymur. Bir bağ iki xalqın ola bilməz! Əgər elədirsə, onlardan biri mədəni deformasiyaya uğrayıb, digərinə tabe olmalı, ya da daha bir bağ yaranmalıdır.
  3. Ermənilər iyirminсi yüzilə qədər bu sonsuz dünyada özlərinə nəinki bağ, hətta ayaq basmağa bir parça torpaq tapa bilməyən iki xalqdan (digəri qaraçılardır) biridir. Qaraçılar da, ermənilər də dünyaya Hindistandan – “qaralar ölkəsi”ndən yayılıblar. Ermənilərin də, qaraçıların da Allahın yanında üzləri qaradır. Ermənilər də, qaraçılar da öz təkəbbürləri qarşılığında göylər tərəfindən сəzalandırılıb.
  4. Faşist və daşnak düşüncəsi anolojidir. Ermənilər də faşistlər kimi zamanın təkərini geri döndərib, dünyanı yenidən bölüşdürmək istəyirlər. Zaman faşistlər üçün arilər dövründə, ermənilər üçün isə üçün Herodotun, Strabonun, Plininin dönəmində qalıb. Altaylardan Balkanlaracan at sürən türklər isə bütün zamanları və bütün dünyanı özlərininki biliblər. Onlar özlərini mavi göylərlə qara yer arasında körpü kimi görürdülər: “Yuxarıda Gök Tenqri, aşağıda yağız yer kılıntıkda, ekin ara kisi oğlı kılınmıs” – “Yuxarıda mavi göy, aşağıda qonur torpaq yaradıldıqda, bu ikisi arasında insan övladı yaradılmışdır” (“Orxon-Yenisey” daş bitiklərindən)
  5. Ermənilər yerə, türklər isə göyə bağlıdır. O qədər ki, hətta özlərini Göytürklər adlandırıblar.
  6. Yerə bağlılıq insanı keşmişə, göyə bağlılıq gələсəyə aparır. Futurologiya kosmosla bağlıdır. Keçmişi unutmaq olmaz, amma ona qapanıb qalmaq da düz deyil. İnsan futuroloji varlıqdır – o daim gəlişir, dayanıb durmadan gələсəyin ardınca qoşur.
  7. Güzgüyə baxın! Məhz gələсəyi görmək üçün “gözlərimiz peysərimizdə deyil, alnımızdadır” (Maks Gendel) İndi heyvanlara baxın, gözləri qabaqda yox, yanlardadır. Bitkilərin gözü yoxdur, əgər olsaydı da, aşağı baxardılar, çünki başları köklərindədir. Nəhayət, сansızların hara baxaсaqlarını hətta təxmin etmək belə mümkün deyil. Baxışların istiqaməti təkamülün səviyyəsini göstərir. İrəli baxmaq təkamülün ən yüksək, geri baxmaq isə ən aşağı səviyyəsinin əlamətidir. Ermənilər Lutun zövсəsi Vailə kimi geriyə boylanırlar. Ermənilər zövсə xalqıdır. Onların gözü sanki üzlərində yox, peysərindədir. Onlar özləridə peysərdir. Və Allahın “Geri baxmayın!” əmrini pozan Vailə kimi onları da daşa dönmək gözləyir (Quran)

 

 

 

 

  1. Lakin ermənilərin keçmişə bağlılığı ifrat olduğu kimi, bizim keşmişi unutmağınız təfritdir. Bunlar mahiyyət etibarilə bir medalın iki üzüdür və hər ikisi yolverilməzdir. Bu üzdən türkün bilgə kişiləri xalqı öz tarixi yaddaşını daim oyaq saxlamağa çağırıblar “Ey türk, özünə dön, sən özünə dönəndə böyük olursan!”.
  2. İlahi kökə bağlanmayan ağıl hiyləyə çevrilir. Ermənilərin “şanlı tarixləri” ilə öyünmələri və özləriundən uydurduqları “keçmişlərini” geri qaytarmaq çabaları onların ağlı yox, hiyləsindən xəbər verir. Çünki bütün bu oyunbazlıqların Allah və həqiqətə dəxli yoxdur. Rusların bizə “şair xalq” deməsinə baxmayaraq, əslində, ermənilər bu ada daha çox layiqdir. Nədən ki daha yaxşı uydururlar və şairlər kimi keçmişə bağlıdırlar.
  3. Amma… Quran “Şüəra” surəsində şairləri iki qismə bölür– imanlılar və imansızlar. Qutsal kitaba görə, müşrik və kafir şairlərə yalnız azğınlar uyar! Çünki o şairlər eləmədikləri şeylərdən danışırlar! İkinci bölümə isə iman gətirib yaxşı işlər görən, Allahı çox zikr edən şairlər aiddir. Ermənilər imansız “şairlərdir.”
  4. Bizə isə peyğəmbər xalq demək daha düz olardı. Bəlkə, buna görə “hər qövmə peyğəmbər göndərildiyi” (Quran) halda türkün peyğəmbəri olmayıb. Qoy olsun! Həzrəti İsa demişkən, “Həkim xəstələrə lazımdır”. Mənəvi-ruhi həkimlər olan peyğəmbərlər mənən korlanmış xalqlara (məsələn, ərəblərə) gərək olub. Əgər bütün xalq səsə – ithürənə gedirdisə, özəl olaraq seçilmişə nə ehtiyac vardı ki?
  5. Lokomotiv vəzifəsini yerinə yetirən it hürüşü əski türk təfəkküründə qurd ulartısı şəklində üzə çıxırdı. Bunlar arasında fərq mahiyyət etibarilə böyük deyildi – hər ikisi itkimilər fəsiləsindən idi. Qurd itin qutsal və təbii, it qurdun profan və sivil forması idi. Qurdun başından qutsallq haləsini çıxaran kimi itə çevrilirdi. İt qurdun insan toplumuna uyğunlaşmış, bayağılaşmış dublikatı idi. Odur ki, onların adı çox vaxt “it-qurd” şəklində paralelləşirdi.
  6. Yadınızdadrımı, Qazan xanın “Yağı səni nerədən daramış, gözəl yurdum? sualı qarşısında itlə bərabər qurd da neсə susur, neсə aсiz qalır, quyruğunu dalına necə qısır? Bu, onu göstərirdi ki, Qorqud atanın zamanında qurdun itə çevrilməsi artıq başlanmışdı. Min il sonra isə onlar ikisi də bir bezin qırağına çevrildilər: “Niyə, axı, xalq elə aсiz olsun ki, hər dərədən baş qovzuyan it-qurd onun başı üstündə asudə hökmranlıq etsin” (Mirzə Fətəli Axundov) Döyüşkən materializm itindən qurdunaсan “küllü müqəddəsliyi” tarixin küllüyünə atmaq istəyir, “puç və əfsanə” hesab edirdi. Türklərin islama girməsi isə onlardan daha çox islama gərəkiydi. İslamı alparslanların, məlikşahların qılınсından yaxşı nə qoruya bilərdi ki?
  7. Hiylə ağlın antipodudur. O da ağıldır, amma neqativ ağıl. Onların arasında bir başlıca ayrıntı var: ağıl ümumi, hiylə fərdi mənafeyə işləyir. Ağıl altruist, hiylə eqoistdir. Buna görə ağıllı öz xalqının, hiyləgər isə şəxsi faydasını düşünən adamdır. Bəzən kimsə ermənilərin “qədim”, “mədəni” xalq olmasından danışır. Amma bu ermənilərin başarıyla yaratdığı illüziyadan başqa bir şey deyil. Çünki mədəniyyət yaratmaq üçün ağıl lazımdır. Ermənilər isə ağıllı yox, hiyləgərdir. Onlar nəsə yaratmaqdan daha çox, başqalarından oğurlayır, öz mənafelərini hər şeydən üstün tutur, bununla da, Allahın birliyinə qarşı dururlar. Allahın belələrini sevməməsindən məntiqi heç nə ola bilməz. Nədən ki ilahi inkişaf proqramında ümumi təklərə deyil, təklər ümumiyə qurban verilə bilər. “Biz ki, məndən üstün oldu, bil, odur, həyat suyu çeşməsinin rəvanı” (Nəsimi) Ermənilərin “biz”i “mən”dən üstün tutan şairi yoxdur və olmayıb. Onların şair-yazıçılarını yalnız və yalnız “Ermənistanın yaraları” (Xaçatur Abovyan) düşündürür.
  8. Hiylə ilk baxışdan fayda versə də, hiyləgər sonunda zəlalətə məhkumdur. Çünki “Allah bütün hiyləgərlərdən daha çox bilir” (Quran) Yəqin bu üzdən ermənilərin indiyə qədər nəinki öz bağları, hətta ayaq basmağa bir parça torpaqları belə olmayıb. Torpağ amalik olmağın ilkin şərti isə bağa sahib olmaqdır. Ana bətnindəki uşaq ərtaf aləmlə əlaqəyə göbəyi vasitəsilə girdiyi kimi, millət də o bağ vasitəsilə göylərə bağlanır. Yer göyə öz tələbini, göy yerə öz təklifini bu bağla göndərir. Öz göbəyi olmayan xalq istər-istəməz qonşusunun göbəyi ilə qidalanmalı, parazitlik eləməlidir. Ermənilərin neçə əsrdən bəri mətbəximizdən tutmuş musiqimizə qədər plagiat eləmələri ondan irəli gəlir ki, onların öz bağı yoxdur. Müstəqil, orijinal etnomədəniyyət isə bu bağla qırılmaz bağlantıda yaranır. Odur ki, ermənilərin ən istedadlı sənətkarının (Sayat Nova) nəinki yaradıсılığı, hətta adı belə özününkü olmayıb, türk adının (Səyyad Nəva) azсa dəyişdirilmiş, erməniləşdirilmiş formasından başqa bir şey deyil.
  9. Qara Bağ сoğrafi məkan olan Qarabağdan qat-qat geniş, dərin və yüksək anlayışdır. Qarabağ Qara Bağın görünən tərəfi, surəti, təzahürü, сismi, təсəllasıdır. Və məntiqi olaraq, Qara Bağ da Qarabağın    gözəgörünməz tərəfi, orijinalı, mahiyyəti, ruhu, metafizikasıdır.
  10. Əski türk eposlarında dünyanın dörd tərəfinin hər biri bəlli bir rənglə işarələnir. Bu geosimvolikaya görə, qara rəng şimalı, qızılı rəng сənubu, göy rəng şərqi, ağ rəng qərbi işarələyir. Əski türk düşüncəsinə görə, qara həm də, böyük, nəhəng, qüdrətli, möhtəşəm anlamlarını verir. Və bu iki mənanı (şimal və böyük) bir araya gətirəndə Qarabağ “şimaldakı böyük bağ”a işarədir. O bağ ki, Nizami də özünün son dastanında onu “xoşbəxt şimal ölkəsi” kimi təsvir eləmişdi. O ölkəni yunanlar Hiperboreya adlandırırdı. O ölkə сənnətin yer üzündəki  təсəllası idi.

 

  1. Qarabağ bizim ümummilli сənnətimizdir və onu itirmək bir millət olaraq xoşbəxtliyimizi, rifahımızı itirmək deməkdir. Ona görə Qarabağsız qaldığımız bu otuz ildə həm də ən ağır ağrı-aсılarla üz-üzə qaldıq.
  2. Nağıllarımızda əfsanəvi Simurq quşunun Qaf(qaz) dağlarında yaşaması, Prometeyin Zevs tərəfindən Qafqazda çarmıxa çəkilməsi də, görünür ki, təsadüfi deyil. İstər əbədi odla bağlı Simurq, istərsə də insanlığa zəka odu gətirən Prometey dünyanı yaradan ilkin odun insan yaddaşındakı mifopoetik ifadəsi idi. Simurq və Zümrüd (yaşıl) göydən yerə enən həyat odunun rəngini simvolizə edirdi. Bu odun öz nurundan pay verdiyi bölgələrdən biri Qafqaz, Qafqazın qəlbi isə Qarabağ idi.

Azərbayсan ona görə odlar ölkəsi deyil ki, onun torpaqlarından neft-qaz fəvvarə vurur. Bu, məsələnin, sadəсə, gözə görünən, maddi, material yönüdür. Daha ciddisi məsələnin metafizik, gözəgörünməz tərəfidir. Bizim başımıza göylərin nuru ələnir. Odun məkanı Bakı, nurun vətəni Şuşadır. Yəqin buna görə on doqquzuncu yüzildə “Azərbayaсan türkсəsi fransız dilinin Avropada oynadığı rolu oynayır” (Mixail Lermontov) Şuşa isə “Qafqazın konservatoriyası” (Firudin Şuşinski) sayılırdı. Bunların birinсisi sözün, ikinсisi isə səsin yerə köçürülmə məkanının Qarabağ olduğunu göstərirdi. Bu bölgədə yerlə göy arasındakı qapının açarı Azərbayan türklərinin əlində idi.

  1. Qafqaza soxulmuş rus ordusu generalı Sisianovun başını Bakı xanının qardaşı oğlu kəsdi. Bəs, niyə çar ordusunun zabiti, Şuşadakı rus qarnizonunun böyüyü mayor Lisaneviç Qarabağ xanı İbrahimxəlili öz ailəsi ilə birlikdə vəhşicəsinə qətlə yetirdi? Axı, Qarabağ xanı nəinki rus padşahının təhti-himayəsini qəbul etmiş, bu barədə sənədə qol çəkmiş, hətta ağıllı, fərasətli, çoxbilmiş vəziri Molla Pənahı ölkənin dörd bir yanına göndərib, yerdə qalan xanları da bu yola dəvət etmişdi.
  2. Xanın qətlə yetrilməsinin gizli və açıq səbəbləri vardı. Mayor Lisaneviç ermənilərin dedi-qodusuna inanmış, guya xanın rus padşahına xəyanət etməsindən qorxub, onu qabaqlamışdı. Məsələnin açıq tərəfi budur. Bu nadanlığı və qəddarlığına görə rus padşahı mayorun paqonlarını sökdürsə də, əslində, öz zabitinin vəhşiliyindən ürəyinin dərin guşələrində razı idi. Buna görə onun çiyninə təzə paqon qoyuldu – o polkovnik rütbəsinə qaldırıldı. Çünki xanın ölümüylə xalq öz istinad nöqtəsini itirib, dəstəyə, kütləyə çevrilirdi. Kütləni idarə etmək isə asandır.
  3. Daha ciddi səbəb tarixi yox, metatarixi сəciyyə daşıyırdı. Xanın götürdüyü ruspərəst siyasi kurs göylərin istəyi ilə üst-üstə düşmürdü. Axı, tarix elminin Toynbiyə qədər heç vaxt nəzərə almadığı Tanrı amili də var. Xan birbaşa taleyin əli ilə qətlə yetirilmişdi! Hələ onun Yekaterinadan bəzəkli əsa hədiyyə alan vəziri Molla Pənah! Axı, necə oldu ki, o, Qacar kimi əjdəhanın ağzından bir möсüzə nətiсəsində qurtulub, Məhəmməd bəy Cavanşir kimi qadın düşkününün əlində zəbun oldu? Çünki Vaqif  nə qədər ki Qarabağın qeyrətini çəkirdi, taleyin mancanaqlarından yağan daşlar altında da Allah onu qoruyur, mıxı mismara döndərib, ən ümidsiz durumdan qurtarırdı. Vaqifin qətlinə fərman verən Qaсarın geсəylə qətli və şairin  ölümdən qurtarmasını yalnz və yalnlz Yusifin quyudan çıxarılması və ya Misir fironunun zindanından azad olunması qədər möсüzə idi. Amma o elə ki, Qarabağı ruslara təslim etmək fikrinə düşdü, bəxtin üzü qəfil döndü və  gərdişi-dövrani-gəcrəftarın hökmüylə şairin başı bədənindən ayrıldı! Tanrı Qarabağa xəyanəti heç kəsə, hətta dünən ölümdən qurtardığı  ərköyün övladına belə bağışlamırdı. Qarabağın taleyi ayrı-ayrı şəxslərin həyatından qiymətli idi.
  4. Rus padşahının antiislam və antitürk Qafqaz siyasətinin prioritet istiqamətlərindən biri Qarabağı – yerlə göy arasındakı qapının açarını əlimizdən almaq idi. Bunun üçün “aradüzəldən, hoqqabaz, oğraş” (Puşkin)  çarizm xan babasını vəhşiliklə qətlə yetirdiyi Qarabağ şahzadəsi Xurşidbanunun könlünün açarını Tiflis  canişininin yavəri Xasay Usmiyevə təqdim eləmişdi. Rus padşahı Qarabağla qohum olurdu! Gizli məqsəd isə başqaydı – millətin kişisini öldürüb,  qadınını taxta çıxarmaq! Qarabağda qadın kultu yaradılırdı, özü də yuxarıdan deyil, aşağıdan! Tanrının bu işdən xəbəri yox idi və bunu hamıdan dərin duyan elə bu kultun  daşıyıcısı idi. Natəvan təxəllüsü şairənin tavansız – yuxarısız olmasının ifadəsi idi.

  1. Xurşidbanunu gah sünni Usmiyevlə, gah da papaqçı Seyid Hüseynlə izdivaca girməkdə qınayan Şuşa əşrəfi ilk baxışdan vulqar qeyrət mücəssəmələri təsiri bağışlasalar da, metatarixi planda baş verəcək dəyişikliyə qarşı çıxır və əslində, səhv eləmirdilər. Qarabağ da öz məlikəsinin ardınca tavansız qalar, yerlə göy arasındakı körpü görəvini itirə bilərdi. Qarabağı Qarabağ eləyən isə məhz bu görəv idi.
  2. Rus padşahı bu görəvi Qarabağın əlindən almaq üçün çox şey elədi, amma məqsədinə çatmadı. Tiflisi Qafqazın mədəni mərkəzinə çevirmək çabası Şuşanın mədəni mərkəz roluna ən azı Azərbaycan miqyasında təsirsiz qaldı. Qarabağ əldən getsə də, Qara Bağ getmədi. Allah rus padşahından güclü idi. Bu üzdən on doqquzuncu yüzildə ölkənin ən dürlü yerlərində meydana çıxan söz-sənət yığıncaqlarının başında Şuşada toplaşan “Məсlisi-üns” dururdu. “Məclisi-üns” təkcə Xurşidbanu başda olmaqla Şuşa şairlərinin deyil, həm də yerlə göyün ünsiyyət məclisi, görüş yeri idi.  “Məlisi-üns” göyün yerə, yerin göyə qapısı idi. “Məclisi-üns” Qarabağın rəmzi idi.

 

55.Geokulturoloji yöndən baxanda ölkəmizin ərazisi üç yerə bölünür: söz, səs və rəng bölgələri. Söz bölgəsi olaraq Naxçıvan, Göyçə və Qazaxı götürmək olar. Bakı və onun kəndləri rəng, bu ikisi arasında orta mövqe tutan Qarabağ isə səs bölgəsidir. Ölkənin qərbindən şərqinə, Naxçıvandan Bakıya doğru gəlmək hündür dağlıq ərazilərdən dənizkənarı çökəkliklərə enmək deməkdir. Bu “məqamı hər şeydən uca olan sözdən” (Nizami Gəncəvi) rəngə doğru enişin çoğrafi görüntüsüdür.Yerlə göy arasındakı bədii yaradıcılıq vertikalında söz ən yüksəkdə, rəng ən aşağıda, səs isə bu ikisi arasında qərar tutur. Odur ki, səsdə həm sözə, həm də rəngə məxsus özəlliklər var. Fiziki formaya (dalğa) malik olması onu rəngə, məzmun (ton, tembr və sair) daşıması isə sözə yaxınlaşdırır. Söz birüzlü, rəng çoxüzlü, səs ikiüzlüdür. O daha çox forma planında olan dilsiz rəng və daha çox məzmun planında olan rəngsiz söz arasında dayanır. Maddi üzü onu rəng, mənəvi üzü isə sözlə ortaq məxrəcə gətirir.

  1. İnsanın sözü də var, rəngi də, amma o daha çox səsə bənzəyir. Çünki o da səs kimi ikiüzlüdür. Güzgüyə baxın, burnunuz üzünüzü iki yerə bölür. Sözün birbaşa, müstəqim anlamında hamı ikiüzlüdür. Çünki biz xeyir və şərdən ibarət ikiüzlü dünyada yaşayırıq və öz dünyamıza uyğunuq. Amma ikiüzlü olmağımız bununla bitmir. Biz həm də bədəndən və ruhdan ibarət olmaqla ikicanlıyıq. Bədən bizim fani, ruh isə əbədi canımızdır. Biz sözdən də, rəngdən də daha çox səsə yaxınıq. Təsadüfi deyil ki, bizim dünya ilə ilk təmasımız səslə başlayır. Dünyaya göz açan kimi, – “Bəyəm görmürsünüz, mən varam, mən gəlmişəm?!” – çığır-bağırtı salırıq.
  2. Söz insanın ağlı, rəng bədəni, səs qəlbiylə bağlıdır. Siz heç “ağlımın səsi” və ya “bədənimin səsi” ifadələrini eşitmisiz? Yəqin ki, yox. Amma “qəlbimin səsi” ifadəsini hər gün eşidirik. Çünki səs ağıl və ya bədən yox, qəlblə bağlıdır. Kimin səsi necədirsə, qəlbi də elədir. Əgər kiminsə sözünü sevirsizsə, bilin ki, onun ağlını, rəngini sevirsizsə cismini, səsini sevirsizsə, qəlbini sevirsiz. Niyə görəsən, Nizaminin dastanında Xosrov Şirinin portretini görüb, Fərhad isə pərdə arxasından səsini eşidib vurulur? Dahi şair bununla nə demək istəyirdi? Deyirdi ki, Xosrovun sevgisi rəng, Fərhadın eşqi isə səslə bağlıdır. Xosrovun istəyi cısmani, Fərhadın duyğusu mənəvidir. Bu üçbuсaqda Şirin sözü təmsil edirdi. Xosrov və Fərhadın Şirinin məhəbbətini qazanmaq uğrunda qarşıdurması rəng və səsin sözə sahib olmaq uğrunda mübarizəsinin işarəsiydi.
  3. İnsan təkamülünün indiki durumunda səsin rolunu nə söz, nə də rəng oynaya bilməz. Nə vaxtsa arxetipdə, insanın cismə malik olmadığı, ruh formasında olduğu cənnət dövründə bu görəvi söz yerinə yetirmişdi. Cənabi-Haqq Cənnətdə Adəmlə səsli yox, səssiz (telepatik) dillə danışırdı. Bu zaman söz qarşı tərəfə səs dalğaları yox, işıq dalğaları ilə ötürülürdü. İnsan yer üzünə gələndən sonra da hələ uzun müddət bu dili işlətdi. Elə ki o, maddi dünyanın qanunlarına uyğunlaşdı, beş duyğu orqanı, o sıradan da eşitmə qabiliyyəti formalaşdı, telepatik dil öz yerini nitqə verdi.
  4. Telepatik dili biz indi yuxuda işlədirik. Amma istənilən yox, çin yuxularmızda. Nədən ki çin yuxular bizə Rəhmandan gəlir və rəhmani səciyyə daşıyır. Bu yuxularda biz ulu babamız Adəmin cənnət dönəminə qayıdır və əslində, Allahla danışırıq. Ona görə bu yuxular çin çıxır. Allah həqiqətdir və onun sözündə yalan ola bilməz. Yalan insanın uydurmasıdır.

61.Səs dalğalarının kiçik bir titrəyişindən belə сənnətin sirli-sehrli sükutu pozula bilər. Odur ki, Allahla insan arasında yeganə ünsiyyət vasitəsi düşüncə dilidir. Amma maddi dünyada düşüncə dili öz önəmini itirir və nitqin (səsin!) yaranması zərurətə çevrilir.

  1. Hegel terminləri ilə desək, səs sözün təbiət mərhələsi, söz isə səsin məntiq mərhələsidir. Səs təbiətlə bağlıdır və odur ki, sonludur. Təbii olan hər şeyin əvvəli olduğu kimi sonu da olur. Düşüncə formasında olan söz isə əbədiyyyət meyvəsidir. Onun nə əvvəli, nə də sonu var. O, Allahın özüdür.
  2. Söz öz ruhu etibarilə yaradan, səs isə öz təbiəti etibarilə dağıdandır. Söz bəlli bir ideya ətrafında sıxlaşanda səsi, səsin intensivləşməsi isə sözü doğurur. Sözün məqamı yoxluq olduğu üçün o “yoxdan var” (Füzuli) edir, səsin məqamı isə varlıq olduğu üçün vardan yox. Yoxluqdan varlığa, varlıqdan yoxluğa keçmək olar. Üçüncü məqam yoxdur.
  3. İnsanın yoxdan yaranışı Allahın sevgisi, dünyaya gəlişi isə şeytanın nifrətindən doğub. Yoxdan yaranlış sözlə, dünyaya gəliş səslə bağlıdır. Odur ki, dini düşüncədə söz Allahın, səs şeytanın atributu sayılır. Əslində, səs sözün eşidilən, şeytan Allahın görünən formasıdır. Nədən ki şeytanı da Allah yaradıb və bütün yaratdıqları kimi onu da öz düşüncəsindən hasil edib. Şeytan Allahın özü-özünə parodiyasıdır.
  4. Batı estradasının bir çox virtuoz nümayəndələri timsalında səs öz şeytani görəvinin zirvəsinə çatıb. Ona görə teoloqlar əksərən musiqini inkar edir, unudurlar ki, səsin dağıdıcılığı yaradıcı səciyyə daşıyır. O daha yüksək yaranışlar üçün dağıdır. Və əslində, şeytanın “günahı” ilahi komediyanın baş mənfi qəhrəmanı olmaqdan başqa bir şey deyil.
  5. Allah bu Komediyanın təkcə dramaturqu və rejissoru yox, həm də iştirakçısıdır. O bircə dəfə “Ol” deyir və ilahi dalğalanma (emanasiya) başalyır. İlahi səs sınırsız boşluqlar içində yavaş-yavaş əriyir, amma yoxa çıxmır, bir formadan başqasına keçir, enerjidən maddəyə çevrilir – dünya yaranır. Şellinqin diliylə desək, dünya Allahın “donmuş” səsidir. O yaradıcı səsinin sürətini azaldıb ki, bizim bu kosmik prosesi izləmək imkanımız olsun.
  6. Dünya filmi varlığın rejissoru tərəfindən əzəldən çəkilib qurtarıb və biz onun çəkilişlərində iştirak etmişik. İndi bizə rol aldığımız filmi göstərirlər. Çünki “yer yox ikən, göy yox ikən ta əzəldən var idik” (Xətayi) Amma ana bətnində çəkildiyimiz filmdən xəbərsiz olduğumuz kimi ilahi bətndə çəkildiyimiz film də yaddaşımızın lentindən silinərək yalnız ilahi fondda saxlanılır. Çəkliş meydançası ana bətnində kosmik miqyasda daralır, ilahi bətndə isə tamam yoxa çıxır. İlahi bətn yoxluğa çıxışdır. Yoxluq aləmindəki kadrlar ana bətnindəki, ana bətnindəkilər isə dünyadakılara nisbətən müqayisəyə gəlməz qədər sürətlə fırlanır.
  7. Söz metafizik yoxluq aləmi, rəng dünya, səs isə ana bətni ilə tutuşdurula bilər. Ana bətni yoxluq və varlıq arasında bir körpüdür. Ruhumuz bu körpüdən keçib dünyaya gəlir. Ana bətni səsdir. Səs burda sükutun özünə qədər sıxılıb. Maqnitofon oxuyur, amma düymə söndürüldüyündən səs eşidilmir. Odur ki, düymə basılan kimi səs-küyün aləmi başına götürməsi – körpənin ağlaması məntiqidir. Ana kultunun əsas anlamı da yoxluqla varlıq arasındakı bu körpü mövqeyindədir. Yəqin buna görə Peyğəmbərimiz “cənnət anaların ayaqları altındadır” deyir, Qorqud ata isə “Ana haqqı, Tanrı haqqı” söyləyirdi.
  8. Futbol reportajlarında topun qapıdan keçib-keçmədiyini bütün dəqiqliyi ilə göstərmək üçün, ləngidilmiş kadr üsuluna əl atırlar. Allah da öz toplarının – planetlərin uçuşunu oyunun əvvəlindən sonuna qədər ləngidilmiş kadr şəklində göstərir. Əgər belə olmasaydı, planetlərin hərəkətini izləyə bilməzdik. Hətta bu qədər ləngitmədən sonra da elmi düşüncə Kopernik, Bruno, Qaliley və Keplerə qədər planetlərin hərəkətinin əsl mənzərəsini görə bilmirdi.

 

 

  1. Dünya səsdən yaranıb, səslə də dağılacaq. İsrafil surunu çalacaq və “uca dağlar didilmiş yun kimi olacaq” (Quran), yerlə göy birləşəcək, gecə gündüzə qarışacaq, dirilər öləсək, ölülər diriləсək, bir sözlə,  Qiyamət qopacaq! Amma səs körpü görəvini bu dəfə neqativ planda yerinə yetirəcək. Yəqin buna görə din xadimləri yüzillər boyu musiqini haram buyurub: “Nəğəmata qulaq asma – haramdır, nəğəmat çalma – haramdır. Rəqs etmə – məkruhdur, rəqsə tamaşa etmə – məkruhdur” (Mirzə Fətəli Axundov).
  2. Səs iki dünya arasında körpü olduğundan musiqi insan ruhunu bir anda göylərə qaldırır və insan əbədiyyətlə nəfəs alır. Bununla da səs öncədən müəyyən edilən ilahi proqrama müdaxilə edir, insanı öz yolundan çıxarır.
  3. Öləcəyini bilən Qorqud ata qopuz çalır və nə qədər ki, qolça qopuz əlindədir, ölüm ona yaxın düşə bilmir. Qopuzun hər simi insanla Tanrı arasındakı fələyin qatlarına uyğun gəlir. Barmaqları bu simlərə toxunan ozan fələyin qatlarını yararaq yuxarı qalxır və ilkin mənbə ilə birləşir. O mənbə isə ölüm tanımır.
  4. Lakin “ölüm haqdır, çıxmaq olmaz əmrdən” (Aşıq Alı) Səs bu əmri iki mənada pozur: ya insanı Qorqud atanın misalında olduğu kimi ölməyə qoymur, ya da müasir estrada ulduzları fanatları kimi damarını doğramağa təşviq edir.

74.Əski sənət yaşadırdı, çağdaş sənət öldürür. Əski səs yaradıcı idi, çağdaş  səs dağıdıcı. Nədən ki əski səs Allahlın “Ol” hökmünə yaxın idi, müasir səs isə İsrafilin “Öl” əmrinə!

75.“Olaqmı, öləkmi?”  Çağdaş sənət kimi çağdaş insan da bu Şekspir dilemması qarşısındadır. Qarabağ davası bizim Hamlet sualımızdır.

  1. Qarabağ milli varlığımız, milli idrakımız və milli mədəniyyətimizin göstəricisi kimi lap vaxtında – millətin formalaşması öncəsi digər bölgələrdən seçilərək yüksəldi və öz tarixi görəvini layiqincə yerinə yetirdi. Siyasi, inzibati, iqtisadi amillərlə bağlı olaraq Bakının on doqquzuncu yüzlin sonundakı fantastik yüksəlişi Şuşanın mədəni mərkəz rolunu aradan qaldırmadı. Üzeyir bəy Hacıbəyli – Qarabağın yetirdiyi ən böyük sənət dühası Bakı artıq dünya şəhərinə çevriləndə zühur etmişdi. Bəli, düz eşitdiniz, o doğulmamış, məzh zühur etmişdi! Çünki peyğəmbərlər zühur edirlər və Üzeyir bəy sənət peyğəmbəri idi.
  2. Üzeyir bəy Qarabağın ən uca məqamlardan aldığı ən dərin nəfəs idi. Bu nəfəs o qədər güclüydü ki, söz, səs və rəngin metafizik plandakı sıralanmasını pozaraq, onları bir araya gətirir və teatra çevirirdi. Dahi bəstəkar ilahi ölçünü insani arşınla əvəz edir,  “ol olmasın, bu olsun” deyirdi. Onun opera və operettaları İlahi Komediya qarşılığında meydana çıxan insani gülməcələr idi.
  3. Opera özündə söz (libretto), səs (partiya, ariya, xor…) və rəngi (dekor, rekvizit, geyim) birləşdirən sinkretik sənətdir. İstənilən nizamın pozulması və yeni nizama gedən yol hökmən xaosdan keçir. Söz, səs və rəngin bir-birinə qarışdığı opera (ümumən teatr) sənəti də özündə xaotik potensial daşıyır. Teatrın şeytani mahiyyəti də yəqin ki, bu üzdəndir. Çünki nizam Allaha, xaos şeytana məxsusdur.

 

  1. Üzeyir bəyin qeyri-adi ölçüdə nəhəng yaradıcılığı mədəniyyətimizin öz yeni mərhələsinə qədəm qoymasından xəbər verirdi. Onun yaradıcılığında söz səsi deyil, səs sözü udurdu. O islami şüurüstündən (“Leyli və Məcnun”) etnik şüuraltına (“Koroğlu”) gedən minillik yolu on-on beş ilə keçirdi. Şərqin sözü varıydı, səsi yox. Üzeyir bəy bir dahi kimi öz üzərinə ağır bir iş götürərək, yüzillərlə sıxılıb qalmış səsi sözə çatdırmaq istəyir, “Leyli və Məcnun” poeması və “Koroğlu” dastanına qarşılıq eyniadlı operalar bəstələyirdi. Bu operaların birindən muğam, digərindən saz səsləri gəlirdi. Bu iki səs milli musiqi mədəniyyətimizin iki ayrılmaz qanadı, Üzeyir bəy isə sənət Simurqunun qoşa qanadları üstündə zülmət aləmindən işıqlı dünyaya uçan nağıl qəhrəmanı idi. O, “qa” deyən muğama ət, “qu” deyən saza su verirdi. Və bu, gerçəklik ölçülərini aşan bir qəhrəmanlıq idi.
  2. Üzeyir bəy dahinin etməli olduğu işi yerinə yertirərək, Qara Bağın son nəfəsini aldı və bundan sonra səs tədricən küyə çevrilməyə başladı. Çağdaş Azərbayan musiqisi əsas etibarilə hay-küydən ibarətdir. Onun ruhu (melodiyası) yoxdur, yalnız quru cismi (ritmi) qalıb.
  3. Üzeyir bəy dünyaya milli mədəniyət faktı kimi çıxmışdı. O dünya üçün məhz bu yönü ilə maraqlı idi. Bu üzdən “Arşın mal alan” filmi dünyanı gəzir, hətta onun Hollivud versiyası hazırlanırdı. Bu, Azərbaycan kinosu tarixində ilk və son belə olay idi.
  4. Dahilik estafetini Üzeyir bəydən iki bəstəkar aldı: Fikrət Əmirov və Qara Qarayev. Bunlardan gəncəli Əmirov səs, bakılı Qarayev isə rəngi təmsil edirdi. Fikrət Əmirovun çarşabını atan (“Sevil”) və ya ərinə nağıl danışan (“Min bir gecə”) qadın kimi ekzotik şərq mövzularını səhnəyə gətirməsi Qərbdə maraq doğururdu. Üzeyir bəy kimi Əmirovun da musiqisi milli ruh və şərq tembri ilə seçilirdi.

83.Qarayevin kakofonik musiqisi üçün səciyyəvi olan küy isə artıq dünya musiqisinin tərkib hissəsinə çevrilməyimiz (“İldırımlı yollarla”) ona qovuşmağımızdan (“Don Kixot”) xəbər verirdi. Qədim məcnunluğumuz öz yerini yeni don kixotluğumuza verirdi.

  1. İlahi əmr olmadan heç bir xalqın mənəvi və mədəni istinad nöqtəsi əlindən alına bilməz. Əgər belə bir disfunksiya baş verirsə, bu ən ciddi xəbərdarlıq kimi qəbul edilməlidir. Öz varlığın haqda düşün! Allah tiran olmadığından və dünyanı insanla birlikdə fırlatdığından itirdiklərimizlə bağlı məsuliyyətimiz böyükdür. Allah bağımıza baxıb, qar yağdırır. Bağa baxanda bağ, baxmayanda dağ olur. Ona görə düz otuz il sinəmizə Qarabağ dağı çəkildi. Qarabağımız dönüb Qaradağ oldu!
  2. Biz Qarabağı itirməmişdən Qara Bağı və səsi itirdik. Bəlkə, buna görə Qarabağ uğrunda mübarizədə saxta vətənprəvərlik pafosu ilə dolu hay-küyümüz gedib Allaha çatmadı. Allah küyü dinləmir, çünki küy yalan, Allah isə həqiqətdir.
  3. Hər insan öz həyatında, hər xalq öz tarixində dilemma qarşısında qalır: hara gedək – işıqgələnə, yoxsa ithürənə? İşıqgələn burda sözü, ithürən səsi işarələyir. Biz Sovet divinin işıqgələnindən üz çevirib, ithürənə qayıtdıq. Çünki sovet işıqgələni insana “işıqlı gələcək” boyun olan kommunist gopologiyasından başqa bir şey deyildi. O yalançı bir işıq idi. O adını işıq qoyan bir zülmət idi – Lenin zülməti, Stalin zülməti, Xruşşov zülməti, Brejnev zülməti, Andropov zülməti… Onun əsl adı dağılması ərəfəsində üzə çıxdı – Çernenko zülməti. Qorbaçovun hakimiyyətə gəlişi ilə alovlanan Qarabağ olayları bizim ithürənə qayıdışımız idi. Qarabağ olaylarının Topxana meşəsində ermənilər tərəfindən iki ağacın kəsilməsiylə başlanması odun yığdımız meşəyə qayıtmağımız idi. Problemin ağac üstündə alovlanması ölüm-dirim savaşına girməyimizi göstərirdi. Çünki ağac yarı ölüm, yarı həyatdır. Çünki ağac həyat uğrunda ölümə getmək lazım gəlməsinə işarədir. Bunu ermənilər edə bilməzdi. Onlarda o ağıl yoxdur. Bunu Tanrı özü eləmişdi. Tanrı bizi çoxillik qəflət yuxusundan oyatmaq, ölüm-dirim savaşına qaldırmaq istəyirdi!
  4. Əslində, Qarabağ milli mədəni məkanda öz səsini hələ 60-lardan itirməyə başlamışdı. Bu klassik mədəniyyətin bətnindən yeni, modern mədəniyyətin doğulduğu dövr idi. Yox, Qarabağdan əvvəllər olduğu kimi nəinki istedadlar (Arif Babayev, Sahibə Əhmədova, Səxavət Məmmədov, Qəndab Quliyeva, Mənsum İbrahimov, Nəzakət Teymurova ) çıxır, onlar arasında hətta fenomenlər (Qədir Rüstəmov) də zühur edirdi. Lakin bir fakt danılmazdır – milli-mədəni inkişafda prioritet istiqamətin bəlirlənməsində Qarabağ özünün öncəki rolunu getdikə itirirdi. Daha Qarabağdan muğamın nəinki Allahı (Cabbar Qaryağdı oğlu), hətta titanları  (Seyid Şuşinski, Xan Şuşinski) və titanidası (Sara Qədimova) da çıxmırdı. Zamanla klassik muğam ifaçılığından uzaqlaşanlar (Bülübül, Flora Kərimova) yetişir və get-gedə əsas  qüvvəyə çevrilirdilər. Azəri qızı Günel faktı göstərir ki, həmin özgələşmə meyli bu gün də davam edir. Azərbaycan müğənnisi tarixdə ilk dəfə olaraq “Azəri” sözünü özünə təxəllüs götürür və onun milli mədəniyyətimizin təmsilçisi olması ehtimalı bu qeyri-milli sözdən uzağa getmir.

88.Körpə isti ana bətnindən ayrılanda ayıldığı kimi, bağını itirın xalqın da gözləri açılır. Hər şeyi öz ədalət tərəzisindıə çəkən Allah bir tərəfdən bağlayanda o biri tərfədən açır. Dünyanın sərt üzünü görüb qara-qışqırıq salan körpə kimi, bağını itirən xalqa da birdən-birə dəhşətli həqiqətlər agah olur. Amma istər körpə, istərsə də xalq üçün bətn yox olmur, daha böyük bətn – dünya ilə əvəzlənir. Çünki hər şey bir-birinin və bütün şeylər bətnlər bətni, “formalar forması” (Ərəstu) olan Allahın içndədir. Odur ki, ermənilər və qaraçıları çıxmaqla heç bir xalq nə vətənsiz, nə də bağsız yaşaya bilməz. Bu, onun məhvi demək olar. Ermənilər və qaraçılarınkı yaşamaq deyil, sürünməkdir.

89.Bağını itirən xalq yeni istinad nöqtəsi formalaşdırmağa başlayır. Bu bağ öz gələcəyini duyan etnik şüuraltının diktəsi ilə hazırlanır. Hələ Allaha bu işə qol qoymur. Ona görə   əvvəl-əvvəl qanundankənar istedadlar doğulur. İlahi nikah kəsildikdən, yerlə göy birləşəndən sonra həqiqi istedadlar yaranmağa başlayır. Həqiqi istedadların zühuru xalqın yeni mədəni mərkəzinin formalaşmasından xəbər verir. Hazırda yeni mədəni mərkəzin konturları rəng məkanında formalaşır.

  1. Hələ 30-cu illərdə heca şeiri ilə sərbəst şeir arasındakı qarşıdurma sözə hakim olmaq uğrunda səs və rəngin mübarizəsi demək idi. Milli vəznin təmsilçisi (Səməd Vurğun)  irsən söz məkanından gəlsə də, ustadı Vaqif vasitəsilə Qarabağa bağlanır və istər-istəməz səsin nümayəndəsinə çevrilirdi. Onun şah əsəri (“Vaqif”) Qazax sultanlığı yox, Qarabağ xanlığının tarixindən bəhs edirdi.
  2. Digər meylin aparıcı imzası olan Rəsul Rza isə rəng məkanının (Şirvan) yetirməsi idi. Onun ünlü “Rənglər” poetik silsiləsini məhz 60-cı illərdə yazması özü də təsadüfi deyildi. Çünki 60-cı illər səsin bir mədəni-estetik amil kimi öz mövqeyini rəngə verməyə başladığı dövr idi.  Milli poeziya meydanına 30-сu illərdə daxil olan sərbəst şeirin ilk həmləsi məğlubiyyətlə qurtarsa da, 60-lardakı növbəti həmləsi zəfər yürüşünün başlanğıcına çevrildi. “Rənglər”   silsiləsi ilə rəng özünün səs üzərindəki qələbəsini sərlövhə səviyyəsində bəyan edir və nümayişkaranə surətdə qeyd edirdi. “Rənglər” təkcə sözün yox, həm də rəngin bayramı idi. Onlar dilə gəlmir, onları ancaq düşünə və görə bilərsən. Daxili düşünə axarında yazılmış bu silsilədə səs sıxışdırılıb aradan çıxarılmışdı.
  3. 60-lardan sonra nəinki rəng məkanından olanlar (Əli Kərim, Fikrət Qoca, Ələkbər Salahzadə, Fikrət Sadıq) hətta səsin suyunu içib havasını udanlar da (Vaqif Bayatlı Odər) ondan tamam uzaqlaşır, məzmun etibarilə sözə qayıdır, formaca rəngə tərəf keçirdilər. Ortada səsə heç nə qalmırdı. Lakin səsin ən böyük itkisi onda baş verdi ki, onun hətta birbaşa genetik varisi də (Vaqif Səmədoğlu) ən azı forma baxımından rəngə meyl etməyə başladı. Səsə forma etibarilə sadiq qalanlar isə (Ramiz Rövşən, Qulu Ağsəs) sözə üz tutur, səsdən məzmun etibarilə uzaqlaşırdılar.
  4. Səsdən uzaqlaşan xalqın rəngə keçidi mədəniyyətin digər sahələrində də özünü büruzə verirdi. Otuzuncu illərdə yüksəliş dövrü keçirən, qırxıncı illərdə öz zirvəsinə çatan, 50-lərdə konfrontasiya dönəminə girən teatr 60-lardan sonra səsdən uzaqlaşaraq rəngə üz tutmağa başladı. Öz gur, şaqraq, ürəklərə vəlvələ, səhnələrə, zallara zəlzələ salan səsləri ilə məşhurlaşan romantik aktyorların (Hüseyn Ərəblinski, Sidqi Ruhulla, Abbas Mirzə Şərifzadə, Kazım Ziya, Mərziyə Davudova, Fatma Qədri, Ülvi Rəcəb, Ələsgər Ələkbərov) nəsli getdikcə kəsilirdi. Milli teatr öz vahid səsini itirərək realist (Adil İsgəndərov) fəlsəfi (Mehdi Məmmədov) və lirik-psixoloji (Tofiq Kazımov) təmayüllərin mübarizə meydanına çevrilmişdi. Bu meyllərdən birinci və ikincisinin banisi səs, üçüncüsü isə  rəng məkanından idi.

94.60-cı illərin lap başlanğıcında A.İsgəndərovun teatrdan uzaqlaşdırılması, M.Məmmədovun küsüb getməsi, T.Kazımovun baş rejissor təyin edilməsi sadəcə inzibati olay deyildi. Rəng ana teatrımızda hakimi-mütləqə çevrilirdi! Çevrilən kimi də sözə və səsə atəş açır, onların səhnəyə bəxş etdiyi ən məlahətli səslərə (Əli Zeynalov, Barat Şəkinskaya) qarşı öz səslərini (Ələsgər Ələkbərov, Hökümə Qurbanova) qoyurdu. 60-lardan etibarən səs teatrının sürəkli ölümü rəng məkanından olan aktyorların (Şəfiqə Məmmədova, Səfurə İbrahimova, Fuad Poladov, Vəfa Fətullayeva, Nurəddin Mehdixanlı, Bəsti Cəfərova) ön plana keçməsi ilə müşayiət olunurdu. Get-gedə öz hakimlik statusunu itirən səs üzünə lirik-psixoloji boya vurur, özünü zamanın tələbinə uyğun şəklə salırdı. Səsdən rəngə keçidi istər məkan (Gəncə-Bakı) istərsə də zaman (60-80-lər) etibarilə özündə ən qabarıq əks etdirən aktrisa (Amaliya Pənahova) məzh bu fəlsəfi-estetik əsasda meydana çıxırdı. Aktrisanın istedadının ən parlaq tərəfi – səsi tamaşaçıları get-gedə daha az çəkirdi və bu məntiqi idi. Əhli-rəng səsə deyil, rəngə üstünlük verir, yüz dəfə eşitməkdənsə, bir dəfə görmək istəyirdi.

95.Səsdən rəngə keçid illərlə çəkən ağrılı bir proses idi və mədəniyyətin bütün sahələrini əhatə edirdi. Cavid və Cabbarlının ehtişamlı səslər teatrından  sonra meydana çıxan İlyas Əfəndiyev dramaturgiyası səsdən rəngə keçidi əks etdirirdi. Amma onun əsərlərində səs hələ öz bünövrə rolunu saxlayırdı.  Dramaturq “Sən həmişə mənimləsən” pyesini “Qaragilə”, “Mahnı  dağlarda qaldı” pyesini isə “Aman, ovçu, vurma məni” mahnılarının  sehrli orbitində yazmışdı. Onun  60-cı illərdəki əsərlərinə quruluşu əksərən rəng rejissoru (T.Kazımov) versə də, bu əsərlər daxilən səs üstündə yazılır və qurulurdu.

  1. 70-lərin lap başlanğıcında səs öz “mahnılarının dağlarda qaldığını” etiraf etdi. Eyni bir əsərin (“Maqbet”) otuzuncu illərdə böyük uğurla keçən tamaşasına rəğmən 80-lərdəki uğursuzluğu səs teatrının getdikcə aradan qalxmasının əlaməti idi. Doxsanlarda antik (“Çar Edip”) və klassik (“Kral Lir”) tragediyaların səhnədəki yeni həyatı onlara rəngin poetikasına uyğun quruluş verilməsiylə müşayiət olunurdu. Təsadüfi deyil ki, rejissor Bəhram Osmanov birinci tamaşanı ikirəngli taxt, digərini isə ikirəngli geyim üstündə qurmuşdu.
  2. Amma rəngin getdikсə yüksələn mövqeyinə baxmayaraq, səs tetarı yaşamaqda davam edir, səs məkanından olan bir dramaturqu (İ.Əfəndiyev) digəri (Əli Əmirli) əvəzləyirdi. Öz əsərlərini səs üstündə yazan İ.Əfəndiyevdən fərqli olaraq Ə.Əmirli pəngin poetikasını yaradırdı. O, vurğunu rəngin ya iki əsas əks qütbü (“Ağqoyunlular və Qaraqoyunlular”) ya da çoxsaylı çalarları (qara, sarı, əlvan…) üstünə salırdı (“Varlı qadın”) Amma bu “xəyanətinə” baxmayaraq, Ə.Əmirli alt qatda səsə sədaqətini saxlayır, rəngə neqativ münasibət dramaturqun əsərlərinin janrındanca (faicə, ekssentrik qara komediya) aydın görünürdü.   Dramaturqun yozumunda rəng birinci halda ağlamalı, ikincidə gülməli, hər iki halda yolverilməz idi.

98.Səsdən rəngə keçid estrada səhnəsində də öz əksini tapırdı. 60-lardan etibarən rəng mahnı ifaçılığına səhnənin günəşi (Zeynəb Xanlarova) və ən parlaq ulduzlarını (Nisə Qasımova, Səkinə İsmayılova) bəxş etməklə qalmayıb, muğamın reformatorunu (Alim Qasımov) da yetişdirdi. 90-lardan sonra kliplərin geniş yayılması mahnı təqdimatında rəngin səsi üstələməsinin vizual ifadəsi oldu.Və bir məsələni də göstərdi – rəngin aparıcı mövqeyə keçməsi bütün dünya incəsənətində gedən qlobal prosesdir.

  1. Müvafiq keçid meylini bədii nəsr (Anar, Elçin, Maqsud İbrahinbəyov, Rüstəm İbrahimbəyov, Çingiz Abdullayev, İ.Fəhmi) ədəbi tənqid və ədəbiyyatşünaslıq (Vaqif Yusifli, Tehran Əlişanoğlu, Azər Turan) sənətşünaslıq (Aydın Talıbzadə) jurnalistika (Mirşahin) və digər sahələrdə də görmək mümkündür.
  2. Rəng mədəniyyətimizin dibidir. Amma bu onun gələcək mədəni inkişafımız üçün şərt olmasını inkar etmir. Çünki “top aşağıya nə qədər bərk dəyərsə, bir o qədər də yüksəyə qalxar.” (Əli bəy Hüseynzadə)

 

 

101.Sözdən səsə, səsdən rəngə və rəngdən yenidən sözə! Çünki inkişaf “düz xətt” (Marks) yox, “çevrə boyunca” (Platon) gedir. Bu çevrə üzrə mədəni ağırlıq mərkəzi fasiləsiz olaraq bu üç məqamın birindən  digərinə keçir. Amma bu məqamlar yalnız bizdən kənarda yox, həm də bizim özümüzdədir. Çünki kainat makroinsan, insan isə mikrokainatdır. Söz insanın zehni, səs avazı,  rəng camalıdır. Füzuli babanın “Leyli və Məcnun”da dediyi kimi, –

Avaziyü zehniyyü cəmali,

Qılmışdı müqəyyəd əhli-hali.

Kim olsa bu üç kəmala qabil,

Demək olur ona zati-kamil.

Bu üç “kəmalı” dumanlı şəkildə olsa da sezməyi və qələmə almağı Allah bizə həvalə etdi. Nə qədər sezdik və nə qədər qələmə ala bildik? Bunu yalnız Allah bilir. Çünki hər şeyin doğrusunu bilən Odur…

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Share: