Dünyada ilk dəfə prezident dörd dildə dörd saatdan artıq brifinq keçirib… – Ülviyyə Hacızadə

 
Azərbaycan Respublikası Prezident Administrasiyası və Xarici İşlər Nazirliyinin dəvəti ilə ölkəmizə səfər edən xarici kitləvi informasiya nümayəndələri üçün prezident İlham Əliyevin keçirdiyi mətbuat konfransı dünyanın hər yerində böyük əks-səda doğurdu. Dörd saatdan artıq davam edən konfrans öz özəlliyi ilə seçildi. Jurnalistlərin suallarına dörd dildə məntiqli cavab verən prezident bir daha özünün bilik və bacarığını dünyaya sübut etdi.
İlk öncə gələn qonaqları salamlayan dövlət başçımız onlara təşəkkürünü bildirərək;
-Bu günlərdə Azərbaycanda bir çox tədbirlər keçirilir və bu tədbirləri işıqlandırmaq üçün xaricdən böyük bir jurnalist qrupu gəlmişdir. Mən onlara təşəkkürümü bildirirəm ki, bu hadisələri, bu soyqırımını işıqlandırmaq üçün bu gün Azərbaycandadırlar. Eyni zamanda, bilirəm ki, onların bəziləri azad edilmiş torpaqlara getmişlər, o dağıntıları öz gözləri ilə görmüşlər və bundan sonra da gedəcəklər. Buna görə bir daha dərin təşəkkürümü bildirirəm.
Mənə məlumat verildi ki, xarici jurnalistlər mənimlə görüşmək, müsahibə almaq istəyirlər. Onların sayının çox olmasını nəzərə alaraq, belə qərara gəldim ki, biz bu formatda görüşək. Təbii ki, pandemiya bizim işimizə də təsir göstərir. Amma hesab edirəm, bu canlı bağlantı imkan verəcək ki, mən jurnalistləri maraqlandıran suallara cavab verim.
Sin descripción disponible.
Media nümayəndələrinin işğaldan azad edilmiş Ağdam şəhərinə səfəri zamanı misli görünməmiş dağıntıların şahidi olduqlarını, o cümlədən dağıdılmış vəziyyətdə olan qədim məscidin işğal zamanı heyvanlar üçün tövlə kimi istifadə edilməsi, habelə Ermənistan tərəfindən işğal edilmiş digər ərazilərdə də məscidlər, türbələr, qəbiristanlıqlar, ümumiyyətlə, Azərbaycan xalqına məxsus mədəniyyət abidələrinin tamamilə dağıdılması ilə bağlı sualı cavablandıran Prezident İlham Əliyev qeyd etdi ki: “Ağdam şəhərinin görüntüləri hamımız üçün çox ağrılıdır və bütün dünya bunu görməlidir. Ağdam məscidində donuz, inək saxlanılması Ermənistan tərəfindən bütün müsəlman aləminə edilən təhqirdir. Biz bunu belə qəbul edirik. Bu təhqiri edənlər bu gün Ermənistan siyasi müstəvisində də özləri üçün yer tapmaq istəyirlər. İslam müqəddəslərinin təhqirini özünə rəva bilənlər heç vaxt müsəlman ölkələri ilə dost ola bilməzlər”.
Sin descripción disponible.
Feysəl Xəlifə Əs-Səvvağ azad edilmiş ərazilərdə mədəni abidələrin bərpasında beynəlxalq təşkilatların və müsəlman ölkələrinin konkret olaraq hansı rolu oynaya biləcəyinə dair suala dövlətimizin başçısının verdiyi cavabı da oxucuların diqqətinə çatdırıb: “Əlbəttə ki, İslam ölkələrinin nümayəndələri bu məsələ ilə bağlı öz təkliflərini verirlər. ICESCO-nun nümayəndə heyəti Azərbaycanda olub. Onlar Ağdam məscidini ziyarət etmişlər və ondan sonra ICESCO-nun Baş katibi ilə görüş əsnasında belə bir təklif irəli sürülüb ki, ICESCO bizim tarixi abidələrimizin bərpası işində öz rolunu oynaya bilər. Biz bunu alqışlayırıq. Digər müsəlman ölkələrinin nümayəndələrinin təşəbbüslərini də alqışlayırıq. Biz bu bərpa işlərini İslam həmrəylik bayramına çevirməliyik. Çünki Azərbaycan İslam həmrəyliyinin gücləndirilməsi ilə bağlı çox ardıcıl siyasət aparır. İslam Əməkdaşlıq Təşkilatının xətti ilə ölkəmizdə keçirilmiş müxtəlif tədbirlər, eyni zamanda, prinsipial məsələlərlə bağlı açıq mövqeyimiz, əlbəttə ki, İslam aləmində də bizə böyük nüfuz qazandırıb. Müsəlman ölkələri arasındakı birlik, həmrəylik bizim hamımız üçün lazımdır”.
Xocalı soyqırımının 29-cu ildönümü ərəfəsində Azərbaycanda bir çox tədbirlər təşkil edilib. Bu tədbirləri işıqlandırmaq üçün xarici media nümayəndələrinin işğaldan azad edilmiş torpaqlara səfəri təşkil olunub. Jurnalistlər Ağdam şəhərinə səfərimi zamanı o dağıntıları öz gözlərilə gördüklərini və orada misli görünməmiş cinayətlərin törədildiyinin şahidi olublar. Həmin əraziləri Xirosimaya, Naqasakiyə bənzətmək olar.
Böyük Britaniyadan olan jurnalist Aynur Tattersalın mətbuat konfransında “25 ildir jurnalistika ilə məşğulam. Amma hər hansı prezidentin dörd dildə bu cür mətbuat konfransı keçirməsinin şahidi olmamışam” deməsi qürurverici idi. O, Prezidentin rekorda imza atdığını dilə gətirməsi isə doğurdan da tarixi hadisədir.
 
Xəzər rayon təhsil işçiləri adından:
ÜLVİYYƏ Hacızadə.
Müstəqil.Az
Share: