Şəhid anasının göz yaşları… – Emin Bayramlı

 
Xəzər Rayon Mərkəzi Kitabxana Sistemi tərəfindən keçirilən “Unutmadıq Şəhidim!” kitablarının onlayn təqdimatına və şəhid ailələri ilə görüşə Esmira xanım məni də dəvət etdi.Tədbirdə bir çox şəhid ailələri iştirak edirdi.
Mən şəhid ailələrinin hər birini özümə doğma və əziz bilirəm. Mənim ən çox diqqətimi çəkən Şəhidimiz Rüfət Mustafayevin anası Afət xanım oldu.Bu ondan irəli gəldi ki, Şəhidimiz Rüfət Mustafayev ailənin yeganə övladı olub. Yeganə övladı Rüfət olan ananın baxışları və gözündən axan yaşlar məni çox kədərləndirdi. Bütün arzuları puç olan ananın tədbir boyu susması məni daha da kövrəldirdi. Ananın gözündən axan yaşlar ondan xəbər verir ki, Afət ananın arzuları çox imiş. Övladının xoş günlərini görmək arzusu ilə yaşayan ana indi danışmağa belə çətinlik çəkirdi. Özünə ağlamağı təsəlli bilən ana bundan sonra bu həyatda necə yaşayacağını düşünür. Övladından anaya yadigar qalan təkcə şəkilləridir. Hər gün şəkillərə baxıb ürəyi parçalanan ana susqun baxışları ilə Rüfəti yad edir. Şəhidimizin Atası Zöhrab baba və Anası Afət nənəyə demək istəyirəm ki, siz heç də tək deyilsiz. Mən sizin övladınızın yerini verə bilməsəm də, siz mənimçün babam və nənəm qədər əzizsiz. Qeyd edim ki, mən bir çox şəhid ailələrini ziyarət etmişəm və ziyarət etməkdə davam edəcəm.
Şəhid ailələri heç də düşünməsinlər ki onlar təkdir.Biz hər birimiz onların yanındayıq.Allah bütün şəhidlərimizə rəhmət etsin məkanları cənnət olsun.
 
Şəhid Rüfət Mustafayev
 
O gün sən bir zirvəyə
Ucaldın Qarabağda
Düşünmədən canını
Bağışladın torpağa
 
Evmin tək övladı
Hara getdin, ay bala?
Necə qıydın ki, anan
Dünyada sənsiz qala.
 
İndi göz yaşı tökür,
Anan sənsiz ağlayır.
Atan bilmir nə etsin
Ürəyini dağlayır.
 
Soldu bir çiçək təki
Arzularım puç oldu.
Bu şəhidlik zirvəsi
Rüfətə nəsib oldu.
Emin Bayramlı 
Müstəqil.Az
Share: