AZƏRBAYCAN BÜTÜN DÜNYA XALQLARINA ÖRNƏKDİR – Araz Əbilov

 
Bu gün vətən həsrəti ilə ürəyimiz yanmırsa deməli, buna görə torpaqlarımız uğrunda canlarından keçən şəhidlərimizə minnətdar olmalıyıq. Bizim də borcumuz şəhid ailələrinə, onların əmanətlərinə sahib çıxmaqdır. İstər Azərbaycan xalqı, istərsə də Azərbaycan dövləti şəhid ailələrinə, qazilərimizə qayğıyla yanaşır, sosial və mənəvi problemlərinin həllində yaxından iştirak edirlər.
Qırx dörd gün davam edən Vətən müharibəsi torpaqlarımızın işğaldan azad edilməsi ilə nəticələndi. Həmin müharibədə düşmən üzərində əldə edilən qələbə Azərbaycan Ordusunun gücünü həm düşmənlərimizə, həm də bütün dünyaya göstərdi. Ordumuzun bu gücə sahib olmasını şərtləndirən bir sıra amillər var ki, onlardan biri də Azərbaycan dövləti tərəfindən hərbçilərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində davamlı və sistemli addımların atılması, onların mənzil-məişət problemlərinin həll edilməsi ilə bağlıdır. Qeyd edək ki, sosial dövlət olan Azərbaycanda bu istiqamətdə atılan davamlı addımlar zamanı şəhid ailələri, müharibə əlilləri də daim ön sırada tutulur.
Fevralın 25-də Bakının Ramana qəsəbəsindəki yaşayış kompleksində şəhid ailələri və müharibə əlillərinə mənzillərin təqdim olunması da deyilənləri bir daha təsdiqləyir.
Növbəti ildə bundan 50 faiz daha artıq, yəni 934 mənzil və fərdi evin təqdimatı həyata keçirilib. Ötən il isə indiyə qədərki saylarla müqayisədə rekord sayda 1572 mənzil və fərdi evin təqdimatı olub.
Sin descripción disponible.
Prezidentin 25 yanvar 2021-ci il tarixli sərəncamıyla 2014-2019-cu illərdə uçota alınan şəxslər, eyni zamanda 2020-ci ildə hərbi əməliyyatlar zamanı şəhid olanların ailələri və müharibə əlilləri 5 il müddətinə mənzil və fərdi evlərlə təmin olunacaqlar. Bu proses mərhələli şəkildə həyata keçiriləcək və 2021-25-ci illərdə ev şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan 11 mindən çox şəhid ailəsi və müharibə əlili – bu kateqoriyadan olan şəxslər evlə təmin olunacaq. 2021-ci ildə isə 3 mindən çox mənzil və fərdi evin sahibinə açarların təqdim olunması prosesi nəzərdə tutulub və Prezidentin göstərişi əsasında bu proses həyata keçiriləcək.
Qeyd edək ki, Ramana qəsəbəsindəki yaşayış kompleksində şəhid ailələri və müharibə əlilləri üçün doqquzmərtəbəli 30 bina tikilib. Ümumilikdə 1512 mənzildən ibarət kompleks bütün zəruri sosial infrastrukturla təchiz edilib. Ərazidə məktəb, uşaq bağçası, klub-icma mərkəzi inşa olunub. Ötən gün Prezident İlham Əliyev kompleksdə şəhid ailələri və müharibə əlillərinə mənzillərin təqdim olunması mərasimində iştirak etdi.
Mənzillərin verilməsində cənab prezidentin iştirakı sakinlər üçün ikiqat bayram oldu.
Dövlət başçısının da bildirdiyi kimi Azərbaycan bu sahədə də dünya miqyasında ən qabaqcıl yerlərdədir. İşğalçı Ermənistana gəlincə isə son müharibə zamanı təqribən 6-7 min işğalçı məhv edilib. Lakin onların birinin də ailəsinə Ermənistan dövləti heç bir yardım etməyib. Ümumiyyətlə, Ermənistanda bizdə olan proqram mövcud deyil. Müharibədə həlak olmuş insanların yaxınlarına nəinki ev, bir daxma da verilmir. Mərasimdəki çıxışında bu məqama da toxunan dövlət başçımızın dediyi kimi “Hər şey müqayisədə ölçülür. Bizim bu sahədəki siyasətimiz birmənalıdır. Bu siyasət mənəvi normalara əsaslanır və Vətən uğrunda canından keçmiş insanların yaxınları dövlət tərəfindən bundan sonra da qayğı ilə, diqqətlə əhatə olunacaqlar. Son illər müavinətlərin, pensiyaların məbləğinin artırılması göz qabağındadır. Azərbaycan dövləti bu siyasəti bundan sonra da davam etdirəcək”.
Bəli, Azərbaycan hər sahədə dünyaya örnəkdi. Çünki, müdrük rəhbəri, qədirbilən xalqı var.
 
Araz ƏBİLOV,
Xəzər rayonu 136 nömrəli tam orta məktəbin
tərbiyə işləri üzrə direktor müavini.
Müstəqil.Az
Share: