Xarici jurnalistlər Bakıya gəldilər

Beynəlxalq jurnalist təşkilatı Global Journalism Council (Küresel Gazeteciler Konseyi – KGKvə Türkiyənin “Haber Global” televiziyasının təşkilatçılığı ilə bir qrup xarici jurnalist Xocalı soyqrımının 29-cu ildönümündə iştirak etmək üçün Bakıya gəlib.


Modern.az-ın məlumatına görə, Bakıya gələn media nümayəndələri bunlardır:

Mehmet Ali Dim (KGK sədri), Aynur Tattersall (KGK-nin baş katib müavini), Paul Benjamin (USA Foreign Policy), Ryo Yashioka (Japon Haber Ajansi Jiji), Hacer Sezgin (Japon Haber Ajansi Jiji), Jordi Joan Baños (İspanya Spanish Daily), Hayati Arıgan (Sözcü Türkiye),
Kıymet Sezer Güngör (Yeni Şafak Türkiye), Seyredeh Zahra Mirzafarjouyan (İran News Agency), Campbell MacDiarmid (Telegraf), Sam Tarling (Telegraf), Eren Umurbilir (İndependent), Kadir Can Arabacı (Bloomberg Arabic).

Dünyanın müxtəlif yerlərindən gələn jurnalistlər həm Azərbaycan həqiqətlərini daha yaxından bilmək, həm Xocalı soyqırımı zamanı günahsız insanların başına gətirilən hadisələri işıqlandırmaq, həm də işğaldan azad edilmiş əraziləriomizdə törədilmiş erməni vandallığını öz gözləri ilə görüb dünyaya çatdırmaq üçün ölkəmizdədirlər.

Global Journalism Council-in beynəlxalq məsələlər üzrə sədr müavini Elşad Eyvazlı bildirib ki, səfərdə məqsəd Azərbaycan gerçəkliklərini dünyaya çatdırmaqdır:

“Artıq torpaqlarımız işğaldan azad edilib. Buna baxmayaraq ermənilərin revanş götürmək, Azərbaycana qarşı çirkin kampaniyalar həyata keçirmək istəkləri özünü göstərir. Məhz bütün bu məlumatların, Qarabağıa bağlı həqiqətlərin dünyaya çatdırılması üçün əcnəbi jurnalistlər Bakıya gəliblər. Jurnalistlər səfər müddətində xocalılılarla görüşəcək, Xocalı abidəsini ziyarət edəcək və işğaldan azad edilmiş bölgələrə səfərdə olacaqlar”.

Xatırladaq ki, 2020-ci ilin dekabrında da Global Cournalist Consuluun təşkilatçılığı ilə dünyanın fərqli ölkələrini təmsil edən 10 jurnalist Bakıya gəlmişdi. Onlar işğaldan azad edilmiş ərazilərimizdə – Füzuli, Ağdam, eləcə də ən çox raket hücumuna məruz qalmış Tərtərdə ermənilərin törətdiyi vəhşiliklə yerində tanış olmuş, məcburi köçkünlərlə görüşərək   gerçəkləri hadisələrin canlı şahidlərindən dinləmiş və Azərbaycanda gördükləri haqqında dünyanın aparıcı media orqanlarında geniş reportajlar dərc etmişdilər.

Share: