Ermənistan Azərbaycana “İskəndər” atdı, raket partlamadı

Ermənistan baş naziri Nikol Paşinyan “1in.am” saytına verdiyi müsahibədə Ermənistan hökumətinin başçısını Azərbaycanla müharibə zamanı “İskəndər” taktiki raket sistemindən istifadə etməkdən imtina etməkdə günahlandıran Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın qınağına cavab verib.

N.Paşinyan Ermənistanın “İskəndər” əməliyyat-taktiki raket sistemindən istifadə etdiyini, lakin raketin partlamadığını bildirib.

“Qoy sual verilsin ki, “İskəndər” raketi niyə partlamayıb? Və ya niyə 10% partlayıb, məsələn?”, – haqqin.az Ermənistanın baş nazirindən sitat gətirib.

Müstəqil.Az

Share: